UNEC-in Elmi Şurasının 31 may 2020-ci il tarixli online iclasının EŞ-172 №-li və 14 sentyabr 2020-ci il tarixli online iclasının EŞ-173 №-li qərarlarının icrasını təmin etmək məqsədilə 19.10.2020-ci il tarixində “Texnolgiya və dizayn” fakültəsi ləğv edilərək onun bazasında “Rəqəmsal iqtisadiyyat” fakültəsi yaradılmışdır.

kulinariya2b45177f920111627 05 2016 Resim sergisi-tile - копияDSC_2274_DSC5607

Texnologiya və Dizayn fakültəsinin xəbərləri UNEC NEWS-da

Texnologiya və Dizayn fakültəsinin xəbərləri  (2015 – 2017)

DSC_1814DSC_1811tttDSC_0001-1024x687tttDSC_00231-1024x687tttDSC_00293-1024x687texnologiya_0023

40375 3

Fakültə haqqında

Fakültə 1997-ci ilin fevral ayında yaradılıb.

Fakültənin “Qida məhsullarının texnologiyası” kafedrasının MDB ölkələrinin tanınmış ali məktəblərindən sayılan Kiyev Milli Ticarət-İqtisad Universiteti, Mogilyov Ərzaq Universiteti, Xarkov Qidalanmanın Texnologiyası və Təşkili Akademiyası və Rusiya Dövlət İqtisadiyyat Akademiyası ilə, “Dizayn” kafedrasının Türkiyənin Qazi Universiteti, İzmir şəhərindəki Ege Universiteti, Moskva Dövlət Dizayn və Texnologiya Akademiyası, Kiyev Dövlət Yün­gül Sənayenin Texnologiyası Universiteti və Azərbaycan Moda Assosiasiyası ilə, “Texnoloji maşınlar və sahə avadanlıqları” kafedrasının REA-nın “Maşınşünaslıq” İnstitutu, Ege Universiteti (Türkiyə), Moskva Tex­nologiya və Dizayn Universiteti, Sankt-Peterburq Texnologiya və Dizayn Universiteti və başqa ali məktəblərlə elmi əməkdaşlıq əla­qələri var.

Fakültənin məzunları mühəndis-texnoloq və dizayner peşəsinə yiyələnirlər. Onlar iaşə sistemi, kurort ticarəti müəssisə­lərində, qida sənayesində, qida məhsullarının çeşid və keyfiyyətinin tədqiqi ilə məşğul olan sahələrdə, keyfiyyətə nəzarət laboratoriyalarında, elmi-tədqiqat laboratoriyalarında və digər sahələrdə, dizayner peşəsinə yiyələnən hər bir məzun isə konstruktor bürolarında, elmi-tədqiqat laboratoriyalarında, modalar evində və s. sahələrdə rəssam-tərtibatçı, rəssam-modelçi, konstruktor kimi fəaliyyət göstərə, magistraturanı bitirən tələbələr isə bununla bahəm elmi-pedaqoji fəaliyyətlə də məşğul ola bilərlər.

*

2016-cı ildən İnformatika və idarəetmə fakültəsinin İnformatika ixtisası bu fakültəyə aid edilib.

İnformatika və idarəetmə fakültəsi 1972-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda Ümumiqtisad adı ilə yaradılmışdır. 1988-ci ildən «İstehsalın iqtisadiyyatı və idarə edilməsi», 1992-ci ildən «İnformatika və idarəetmə» adlanıb.

Bu dövrlərdə fakültədə aşağıdakı ixtisaslar üzrə ali təhsilli mütəxəssislər hazırlanmışdır:

  • İqtisadi kibernetika;
  • İqtisadi informatika və AİS;
  • İstehsalın iqtisadiyyatı və idarəedilməsi;
  • Dünya iqtisadiyyatında informasiya texnologiyaları.

Fakültəyə 1972-1978-ci illərdə prof. Q.Sadıqov, 1978-1982-ci illərdə dos. S.Əbdürrəhmanov, 1982-1992-ci illərdə prof. B.Musayev, 1992-2001-ci illərdə dos. S.Əbdürrəhmanov, 2001-2009-cu illərdə dos. V.İbrahimov, 2009-2016-cı illərdə t.e.n., dos. N.Mikayılov, 2016-2020-ci illərdə prof. V.Hüseynov rəhbərlik etmişlər.

Təhsil və tərəqqi: UNEC -in Texnologiya və Dizayn fakültəsi (VİDEO – 24.02.2016)

   .