UNEC alimi beynəlxalq konfransda müasir dərs modelindən danışıb

UNEC-in “Rus dili” kafedrasının əməkdaşları beynəlxalq elmi-praktik konfranslarda iştirak ediblər.

Bakı Slavyan Universiteti və Rus dili və ədəbiyyatı müəllimlərinin Beynəlxalq Assosiyasiyasının (Rusiya) birgə təşkilatçılığı ilə “Azərbaycanda rus dili və ədəbiyyatının öyrənilməsi və tədrisinin aktual problemləri: orta və ali məktəblər üçün dərslik komplekslərinin hazırlanması problemləri” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransa qatılan UNEC-in “Rus dili” kafedrasının müdiri,  dosent Gülnarə Rzayeva  “О модели современного урока (“Müasir dərs modeli”)” mövzusunda məruzə ilə çıxış edib. Konfrans iştirakçılarının maraqla dinlədiyi məruzə ilə bağlı müzakirələr aparılıb. Gülnarə Rzayeva mövzu ilə bağlı sualları cavablandırıb.

UNEC əməkdaşları Bakı Biznes Universitetində təşkil olunan “İnformasiyalaşdırılmış cəmiyyətdə xarici dillərin tədrisinin səmərəli yolları” mövzusuna həsr olunan beynəlxalq elmi-praktik konfransda da iştirak ediblər.  Hər iki beynəlxalq konfransa qatılan müəllimlərə sertifikatlar təqdim olunub.

IMG-20170521-WA0024 IMG-20170521-WA0025