UNEC Biznes Məktəbi vakansiya elan edir

25 MAY 2023 | VIEWS:
2906

UNEC-in rəsmi postları2023/2024-cü tədris ili üçün UNEC Biznes Məktəbinin MBA proqramında tədris prosesinə cəlb olmaq istəyən müəllimlər üçün müsabiqə elan olunur.

MBA Proqramı üzrə tədris praktiki yönümlü aparıldığından seçim zamanı sahə üzrə təcrübəli, İT və maliyyə savadlılığına malik, yüksək pedaqoji keyfiyyətləri və digər bacarıqları olan namizədlərə üstünlük veriləcək.

Tədris azərbaycan, ingilis və rus dillərində təşkil olunur. Fənlərin SİYAHISI

Müraciət üçün tələblər:

  • magistr dərəcəsi olmalı;
  • xarici universitet məzunlarının diplomu Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən tanınmalıdır;
  • elmi dərəcə, elmi məqalə, dərslik, fənn proqramının mövcudluğu arzu olunandır;
  • ACCA (F1-F9), PMP, HRCI, SHRM, CIPD və s.  sertifikat və diplomları olan namizədlərə üstünlük verilir;
  • ingilis bölməsində tədris olunan fənlər üzrə müvafiq (IELTS və TOEFL) dil sertifikatlarına malik olanlara üstünlük verilir;
  • ingilis dilində təhsil almış məzunlardan dil sertifikatı tələb olunmur;
  • üstünlük ən azı iki bölmə (azərbaycan, ingilis və ya rus) üzrə tədris apara bilən namizədlərə verilir;
  • əsas iş yerindən razılıq məktubu.

Qeyd olunan tələblərə uyğun namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.

Müsahibə mərhələsində namizədlərin aşağıda qeyd olunan fərdi bacarıqları yoxlanılacaq:

  • Fənn üzrə sillabus hazırlamaq;
  • Nümunəvi dərsin keçirilməsi, tədris zamanı biliklərin auditoriyaya ötürülməsi.

Müraciət üçün sənədlər:

  • CV (azərbaycan və ya ingilis dillərində);
  • diplom və diplom əlavəsi (bakalavr və magistr);
  • şəxsiyyət vəsiqəsinin surəti;
  • sertifikatlar (əgər varsa).

Sənədlərin verilməsi üçün son tarix: 18.06.2023

Sənədləri təqdim etmək üçün üçün e-mail: [email protected]

Müraciət edərkən tədris olunacaq fənnin adı emailin mövzu hissəsində qeyd olunmalıdır.

Əlaqə: 012 492 72 11

*

https://news.unec.edu.az/xeber/133-muellim/10289-red-unec-biznes-mektebi-vakansiya-elan-edir-red

2907 1