UNEC-də innovativ tədris texnologiyası: Dual Tədris

22 DEKABR 2016 | VIEWS:
2143

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ilk dəfə olaraq “Dual tədris” modeli tətbiq olunub. İnnovativ tədris texnologiyalarının tətbiqi məqsədi ilə həyata keçirilən model auditoriyada iki fənnin eyni vaxtda tədris edilməsinə şərait yaradır.

“Dual tədris” Maliyyə və mühasibat fakültəsinin I kurs tələbələrinin İngilis dili dərsində tətbiq edilib. Xarici dillər kafedrasının gənc müəllimi Aynur Mirzəyevanın tədris etdiyi dərsin mövzusu “Marketinq” olub. İnteraktiv metodlara əsaslanan dərsdə ikinci müəllim – bu sahənin mütəxəssisi olaraq Marketinq kafedrasının müəllimi Ramil Cabbarov iştirak edib.

R.Cabbarov, A.Mirzəyevanın tələbələrə ingilis dilində öyrətdiyi marketinq terminlərinin mahiyyətini izah edərək, real kesylərdən nümunələr çəkib. Yerli və qlobal marketinq sahəsinə aid spesifik xüsusiyyətlərin mahiyyətini açıqlayıb.

UNEC-in gənc müəllimləri Avropanın qabaqcıl tədris texnologiyası metodikası olan “Dual tədris” sisteminin üstünlüklərindən danışaraq, bu metoddan istifadənin davamlı olacağını bildiriblər.

2144 2