UNEC-in əcnəbi tələbələri Səməd Vurğunun ev-muzeyində

31 MART 2017 | VIEWS:
1956

UNEC-in əcnəbi tələbələri dahi Azərbaycan şairi Səməd Vurğunun ev-muzeyində olublar.

Şairin nəticəsi, “Gənclər üçün Prezident Mükafatının laureatı”, Fransanın “Ecole Normale de Musique de Paris – Alfred Cortot” Musiqi Akademiyasının tələbəsi Vurğun Vəkilov tələbələrə muzey haqqında ətraflı məlumat verib. Onları yeni yaradılan “60-cılar nəsli” ekspozisiyası ilə tanış edib. Burada nümayiş edilən ötən əsrin 60-cı illərinin görkəmli nümayəndələrinin portretləri, Xalq Rəssamı Səttar Bəhlulzadənin tablosu, Xalq Şairi Vaqif Səmədoğlunun çəkdiyi rəsmlər, 60-cı illərdə yazdığı “Samizdat” adı ilə çıxan şeirləri, o illərdə dəbdə olan məişət əşyaları əcnəbi tələbələrin marağına səbəb olub.

V.Vəkilov UNEC tələbələri üçün bir zamanlar görkəmli bəstəkarlar Üzeyir Hacıbəyov, Qara Qarayevin bu evdə qonaq olarkən ifa etdikləri əfsanəvi royalda klassik Azərbaycan musiqiləri ifa edib.

Xüsusi ilə Səməd Vurğunun ev-muzeyində nümayiş etdirilən sazı və tüfənginə heyran qaldıqlarını bildirən tələbələr sonda Azərbaycan dilində şairin “Azərbaycan” şeirini səsləndiriblər.

1957 1