UNEC-in müəllim və tələbələrinin tanınmış şirkətlərə informasiya turu davam edir

23 OKTYABR 2015 | VIEWS:
2665

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) müəllim və tələbələrinin korporativ sektora informasiya turları davam edir.

Oktyabrın 23-də universitetin müəllim və tələbələrinin “Şirin Qənnadı Fabriki MMC”-nin müəssisələrinə növbəti tanışlıq turu təşkil olunub. Şirkətin rəhbərliyi tərəfindən UNEC nümayəndələrinə şirkətin tarixi və karyera imkanları barədə geniş məlumat verilib. İstehsal sahələri və müasir laboratoriyalar nümayiş etdirilib. Daha sonra müəllim və tələbələr şirkət məhsullarının yoxlanılması, şirniyyatların dizayn edilməsi və qablaşdırılması prosesi ilə tanış olublar.

Tədbirin sonunda müəllim və tələbələri maraqlandıran suallar cavablandırılıb və şirkətin xüsusi hədiyyələri təqdim edilib.

UNEC-də analoji turların təşkili tədris ilinin sonuna kimi davam etdiriləcək. Bu müddət ərzində müəllim-tələbə heyətinə digər nüfuzlu şirkətlərlə yaxından tanış olmaq imkanı yaradılacaq.

2666 1