UNEC-in “Professorlar Klubu”nun fəxri qonağı – Rafael Hüseynov

06 MART 2018 | VIEWS:
1992

UNEC-in “Professorlar Klubu”nun növbəti görüşü keçirilib.

Görüşün bu dəfəki fəxri qonağı millət vəkili, AMEA-nın həqiqi üzvü, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, əməkdar incəsənət xadimi, tanınmış ictimai xadim, yazıçı, publisist Rafael Hüseynov olub.

“Professorlar Klubu”nun Rəyasət Heyətinin sədri, “Maliyyə və maliyyə institutları” kafedrasının müdiri, professor Əvəz Ələkbərov UNEC-də son illərdə həyata keçirilən yeniliklər barədə məlumat verərək, əldə olunan nəticələrdən danışıb. R.Hüseynov UNEC-in regionun ən nüfuzlu universitetlərindən birinə çevrilməsini qürurla izlədiyini bildirərək, bu ali təhsil ocağının Azərbaycan təhsil məkanında özünəməxsus yeri olduğunu vurğulayıb.

Görüşdə “Professorlar Klubu”nun fəaliyyətindən söz açılıb. Ə.Ələkbərov bildirib ki, “Professorlar klubu”nda mütəmadi olaraq ölkənin nüfuzlu alimləri, tanınmış ictimai siyasi, incəsənət xadimləri ilə görüşlər keçirilir. Qeyri-rəsmi formatda keçirilən görüşlərdə qonaqlar UNEC professorları ilə həyat təcrübələrini bölüşür, cəmiyyətdə aktual olan mövzular barədə fikir mübadiləsi aparırlar.

Ölkə ziyalılarını birləşdirən platformanın fəaliyyətini yüksək qiymətləndirən R.Hüseynov “Professorlar klubu”nun yaradılması təşəbbüsünü alqışladığını bildirərək, klubun fəxri qonağı olmaqdan məmnunluğunu ifadə edib. O, “ziyalı klubu” modelinin Avropanın bir çox dövlətlərində formalaşdığını diqqətə çatdırıb və klubun üstünlüklərindən danışıb. Çağdaş Azərbaycan mədəniyyəti, ədəbiyyatı və incəsənətindən danışan əməkdar incəsənət xadimi, bu sahədə baş verən yenilikləri UNEC-in professorları ilə bölüşüb.

Görüş müzakirələrlə davam edib. Sonda Rafael Hüseynov “İmzamız” kitabını “Professorlar klubu”na hədiyyə edib.

1993 1