UNEC müəllimi “III Beynəlxalq Dil Təhsili və Tədrisi” elmi konfransında

UNEC müəllimi İtaliyanın Roma şəhərində Roma Tre Universitetinin təşkilatçılığı, Nevşehir Hacı Bektaş Veli Universitetinin dəstəyi ilə keçirilən ənənəvi “III Beynəlxalq Dil Təhsili və Tədrisi” elmi konfransında iştirak edib.

UNEC-in Türk Dünyası İşlətmə fakültəsinin dekan müavini Cəvahir Məmmədova “Ədəbi rus dilində alınma sözlər” adlı məruzə ilə çıxış edib. C.Məmmədova rus dilində digər dillərdə olduğu kimi alınma sözlərin olmasından, onların rus dilini daha da zənginləşdirməsindən, uyğunlaşma formalarından və istifadə qaydalarından bəhs edib.

UNEC müəlliminə konfransın iştirakçı sertifikatı təqdim edilib.

*

ISLET IMG-20170425-WA0006 (002)