UNEC professoru Belarus universitetində mühazirə oxuyub

14 NOYABR 2016 | VIEWS:
1818

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru, Rusiya Federasiyasının iqtisad elmləri doktoru Elnur Sadıqov noyabrın 7-dən 14-dək Belarusun Polosk Dövlət Universitetində olub.

UNEC professoru Polosk Dövlət Universitetinin Maliyyə-iqtisad fakültəsində beynəlxalq magistratura proqramı üzrə “Beynəlxalq valyuta və kredit münasibətləri” fənnini tədris edib. O, müasir dövrdə beynəlxalq valyuta münasibətlərində baş verən dəyişikliklər, həmçinin milli valyutaların qeyri-sabitliyi, beynəlxalq banklar arasındakı əməliyyatlar barədə magistrlərə ətraflı məlumat verib.

Mühazirələr barədə Belarusun televiziya kanalı ictimaiyyətə məlumat verilib.

Qeyd edək ki, beynəlxalq magistratura proqramı Belarusun və Latviya Respublikasının ikili diplomunu qazanmaq imkanı verir.

1819 1