UNEC tələbələri arasında “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib

11 APREL 2016 | VIEWS:
2301

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və Mühasibat fakültəsi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib. Maliyyə və Mühasibat fakültəsinin tələbələri arasında keçirilən yarışa başlamazdan öncə vətən uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

15 komandanın iştirak etdiyi yarışda 622-ci qrupun tələbələri qalib gəlib. 616-cı qrup II, 496-cı qrup isə III yerə layiq görülüb.

Sonda qalib komandanın üzvlərinə diplom, medal və kinoteatra hədiyyə kuponu təqdim edilib.

2302 1