UNEC tələbələri “Az-Granata şirə və şərab emalı” zavodunda istehsalat təcrübə keçəcəklər

31 OKTYABR 2016 | VIEWS:
2652

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) əməkdaşları Ağsu rayonunda yerləşən “Az-Granata şirə və şərab emalı şirkəti”-nin 5 illik yubiley tədbirində iştirak ediblər.

Millət vəkilləri, rayon rəhbərliyi və ictimayətinin qatıldığı yubiley tədbirində UNEC-in İnzibati və təşkilati məsələlərüzrə prorektoru Şaiq Əsgərov, Qida məhsullarının texnologiyası kafedrasının müdiri, dosent Gülnisə Abbasbəyli, kafedranın müəllimləri dosent Elsevər Fərzəliyev, Şəhla Yusifzadə və digərləri iştirak ediblər. Tədbirdə bildirilib ki, UNEC-in Texnologiya və dizayn fakültəsinin məzunlarının böyük hissəsi, eyni zamanda UNEC magistrlərı “Az-Granata MMC” şirkətində çalışırlar. 2016/17-ci tədris ilindən isə tələbələr “Az-Granata şirə və şərab emalı” zavodunda istehsalat təcrübə keçəcəklər.

2653 1