UNEC tələbələri üçün ödənişsiz təlim – DƏVƏT

13 MART 2018 | VIEWS:
2410

bloktexMartın 16-da UNEC-də “Kriptovalyuta və blokçeyn texnologiyaları əsaslı iqtisadiyyatın yaradacağı karyera imkanları” mövzusunda təlim keçiriləcək.

UNEC Karyera Mərkəzi təlim haqda məlumatı təqdim edir:

On il öncə dünya iqtisadi sistemi və biznes modelinə yeni baxış gətirən XXI əsrin ən böyük texnologiyalarından biri meydana gəldi. Bu Satoshi Nakamoto tərəfindən yaradılan Blokçeyn texnologiyası idi. Bu texnologiya və onun üzərində çalışan kriptovalyutalar yeni iqtisadi model formalaşdırır və bu gün biz bu dəyişimin astanasında yaşayırıq.

Bu yenilikdən xəbərdar olmaq, onu dərindən anlamaq xüsusilə iqtisadiyyat təhsili alan hər bir tələbə üçün çox əhəmiyyətlidir. Çünki 3-5 il sonra məhs siz gənclər Blokçeyn texnogiyasının tətbiqi ilə formalaşan şirkətlərdə çalışarkən bu modeli anlamanız vacib olacaqdır.

Təlimdə iştirak etməklə aşağıdakı bilikləri əldə edəcəksiniz:

– Kriptovalyuta anlayışı;
– Blokçeyn anlayışı;
– Perspektivli kriptovalyutalar;
– Gələcəkdə daha yüksək işçi təlabatı olacaq sahələr;
– Blokçeyn texnologiyasının sıradan çıxaracağı iş sahələri.

*
Təlimin başlama və bitmə saatı:
 11.00-13.00
Keçiriləcəyi yer: UNEC-in əsas tədris binası, Heydər Əliyev Mərkəzi, III mərtəbə, 305 saylı otaq

Təlimdə iştirak etmək istəyənlər martın 16-da, saat 11:00-da UNEC-in əsas tədris binasında yerləşən Heydər Əliyev Mərkəzinə gələ bilərlər. Təlim ödənişsizdir.

Təlimin sonunda iştirakçılara sertifikat veriləcək.

Təlimçi: Sənan Həsənov

Beynəlxalq Erickson kouçluq məktəbi tərəfindən sertifikatlaşdırılmış biznes kouçdur. Bank sektorunda – satış və marketinq sahəsində 12 ildən artıq təcrübəsi var.

Ali iqtisadi təhsilə malikdir. Həmçinin Niderland Marketinq İnstitutunun eksperti olaraq NIMA Marketing A və B proqramları üzrə tədris edir. Korporativ satış texnikaları, effektiv ünsiyyət, vaxtın idarə olunması, marketinq və s. mövzularda təlimlər verir. Təlimlərin praktiki, asan başa düşülən və interaktiv formada aparılmasını həyata keçirərək hər bir təlim iştirakçısının maksimum fayda əldə etməsini təmin edir.

2411 1