UNEC-in Rus İqtisadiyyat Məktəbində qış imtahan sessiyasının yekunlarına dair toplantı keçirilib. Professor-müəllim heyəti ilə yanaşı tələbə təşkilatlarının da iştirak etdiyi toplantıda Rus İqtisadiyyat Məktəbinin direktoru, dosent Mənsur Bərxudarov qış imtahan sessiyasının təşkilində keyfiyyət amilinin vacibliyindən danışaraq, bu istiqamətdə görülən işlərdən söz açıb.
Tədrisin təşkili üzrə məktəbin direktor müavini Təranə Musayeva Rus İqtisadiyyat Məktəbi üzrə imtahanda iştirak edən tələbələr arasında müvəffəqiyyət göstəricisinin 82% təşkil etdiyini bildirib, appelyasiya müraciətlərinin nəticələrindən danışıb.
Rus İqtisadiyyat Məktəbində 2016/17-ci tədris ilinin əvvəlindən başlayan “Lider tələbə – Lider qrup” layihəsi haqda isə tələbələrlə iş üzrə direktor müavini, dosent Anar Eyyubov məlumat verib. Layihənin müsbət nəticələr verdiyini qeyd edərək, yüksək nəticələr əldə edən tələbə və lider qruplar barədə məlumat verib.
Sonda M.Bərxudarov yaz semestri üçün nəzərdə tutulan planlar hədəflər haqqında danışıb.