Rus İqtisadiyyat Məktəbində qış imtahan sessiyasının yekunları müzakirə edilib

UNEC-in Rus İqtisadiyyat Məktəbində qış imtahan sessiyasının yekunlarına dair toplantı keçirilib. Professor-müəllim heyəti ilə yanaşı tələbə təşkilatlarının da iştirak etdiyi toplantıda Rus İqtisadiyyat Məktəbinin direktoru, dosent Mənsur Bərxudarov qış imtahan sessiyasının təşkilində keyfiyyət amilinin vacibliyindən danışaraq, bu istiqamətdə görülən işlərdən söz açıb.

Tədrisin təşkili üzrə məktəbin direktor müavini Təranə Musayeva Rus İqtisadiyyat Məktəbi üzrə imtahanda iştirak edən tələbələr arasında müvəffəqiyyət göstəricisinin 82% təşkil etdiyini bildirib, appelyasiya müraciətlərinin nəticələrindən danışıb.

Rus İqtisadiyyat Məktəbində 2016/17-ci tədris ilinin əvvəlindən başlayan “Lider tələbə – Lider qrup” layihəsi haqda isə tələbələrlə iş üzrə direktor müavini, dosent Anar Eyyubov məlumat verib. Layihənin müsbət nəticələr verdiyini qeyd edərək, yüksək nəticələr əldə edən tələbə və lider qruplar barədə məlumat verib.

Sonda M.Bərxudarov yaz semestri üçün nəzərdə tutulan planlar hədəflər haqqında danışıb.

*

16775940_1348110525246304_1459417436_o 16777037_1348110495246307_558439360_o 16805217_1348110511912972_1756260319_o 16805513_1348110485246308_532745309_o