13 noyabr 1973-cü ildə Bakı şəhərində anadan olmuşdur.
1995-ci ildə Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat və kibernetika fakültəsini riyaziyyatçı-proqramçı, riyaziyyat müəllimi ixtisası üzrə bitirmişdir
2007-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadi informasiya sistemləri və texnologiyaları” kafedrasının laborantı vəzifəsində, 2008-ci ildən isə baş laborant vəzifəsində çalışmışdır
2009-2013 tədris illərində saat hesabı ilə dərs yükünü yerinə yetirmişdir.
2008-ci ildə AMEA-nın Kibernetika İnstitutunun dissertantura şöbəsinə qəbul edimişdir.
2013-cü ildə namizədlik dissertasiya işini müdafiə edərək riyaziyyat elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır.
2013-cü tədris ilindən “İnformasiya iqtisadiyyatı və texnologiyaları”kafedrasının müəllimi vəzifəsində çalışıb.
20.04.2022-ci il tarixdən UNEC-in “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının dosenti vəzifəsinə keçirilib.
30 elmi və metodiki işin müəllifidir.
Ailəlidir, iki övladı var.