Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Şahin Bağırov Radio UNEC-in canlı efirində qonaq olub. Ş.Bağırov Azərbaycan Gömrüyünün 25 illik fəaliyyəti, bu sahədə aparılan islahatlar, həyata keçirilən yeniliklər və DGK ilə UNEC arasında gələcək əməkdaşlıq imkanları haqda geniş məlumat verib. UNEC-in ev sahibliyi etdiyi və dünyanın nüfuzlu təşkilatlarının nümayəndələrinin də qatıldığı “İqtisadi təhlükısizlik: ticarətin asanlaşdırılması və mühafizəsi aspektləri” adlı beynəlxalq elmi-praktik konfransın əhəmiyyətindən, tədbirdə UNEC ilə DGK arasında imzalanan memorandumun gələcək əməkdaşlığa verəcək töhfələrdən danışıb.
UNEC-də reallaşdırılan tələbə radiosunu müsbət dəyərləndirən Komitə sədrinin müavini canlı efirdə tələbələrin suallarını da cavablandırıb.
Səsyazı: