elxan2474029791_oi.f.d. Salayev Elxan Adil oğlu

2006-2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin bakalavr təhsil proqramı üzrə İnformatika və idarəetmə fakültəsinin “Dövlət və bələdiyyə idarəetməsi”, 2013-2015-ci illər ərzində Azərbaycan Dövlət İqtisad Universitetinin magistr təhsil proqramı üzrə “Menecment” ixtisasının “Heyətin idarə edilməsi” ixtisaslaşması üzrə magistratura təhsili almışdır. 2017-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin 5308.01 – “Ümumi iqtisadiyyat” ixtisası üzrə fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmuşdur. 2025-ci ildə iqtisad elmləri elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

2012-ci ilin mart ayından 2017-ci ilin aprel ayınadək “Menecment” kafedrasında laborant vəzifəsində çalışmışdır. 2015-2017-ci illərdə “Menecment” kafedrasında saathesabı olaraq “Menecment”, “Strateji menecment”, “İdarəetmə qərarları”, “Korporativ idarəetmə” fənlərindən mühazirə və seminar dəsrləri aparmışdır. Elmi fəaliyyəti ilə əlaqədar 18 məqalənin müəllifidir.

2017-ci ildə Uludağ Universitetində (Türkiyə) tədris prosesinin təkmilləşdirilməsi üzrə mübadilə proqramında iştirak etmişdir.

2022-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində təşkil olunan “Soft Skills” təlimini uğurla bitirmiş və “Certificate of Achievement” sertifikatı almışdır.

2023-cü ildə Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən universitet həyatında fəal iştirakına görə “Təşəkkürnamə” ilə təltif olunmuşdur.

2017-ci ilin aprel ayından Azərbaycan Dövlət İqtisad Universitetinin “Biznes və menecment” fakültəsi katibliyinin katibi vəzifəsində çalışır.

Ailəlidir, üç övladı var.

*

ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI

*