1962-ci il yanvarın 12-də Əli-Bayramlı şəhərində anadan olmuşdur.
1969-1979-cu illərdə 246 N-li məktəbdə təhsil almışdır.
1980-1985-ci illərdə SSRİ-nin 50 illiyi adına Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dövlət Dillər Universiteti) ingilis dili fakültəsini bitirmişdir.
1987-1988-ci illərdə Mədəniyyət evində metodist; 1988-1990-cu illərdə 12 N-li məktəbdə müəllimə; 1990-1994-cü illərdə Moskva Dövlət Universitetinin filialı olan Futuralogiya İnstitutunda müəllimə; 1994-1995-ci illərdə 132 N-li məktəbdə müəllimə vəzifələrində işləmişdir.
*
1994-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetində müəllim vəzifəsində çalışır.
Hazırda UNEC-in “Xarici dillər” kafedrasının müəllimidir.
Altı hissəli «Englist for Businessmen» kitabının dördüncü hissəsini tərcümə etmişdir.
16 elmi məqalənin müəllifidir.
Ailəlidir, bir övladı var.