Sevinc_Mehsimova Foto

İnklüziv Təhsil Mərkəzinin koordinatoru
Sevinc  Məhsimova

Kontakt:
+994 51 493 30 99 / +994 12 441 65 23

sevinc.mehsimova@gmail.com   

1976-1986-cı illərdə Bakı şəhəri 166 saylı orta məktəbdə təhsil almışdır. 1991-ci ildə Azərbaycan Dövlət Neft və Kimya Universitetini kimya texnologiyaları mühəndisi ixtisası üzrə bitirmişdir. 1991-ci ildən müxtəlif orta məktəblərdə kimya müəllimi və tədris kurslarında rəhbər və təlimçi olaraq fəaliyyət göstərmişdir.

2008-ci ildən UNEC-in Türk Dünyası İşletme Fakültəsində tələbə işləri üzrə mütəxəssis, 2011-ci ildən isə “Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı” kafedrasında müəllim işləmişdir. 2015-ci ildən UNEC İnklüziv Təhsil Mərkəzinin koordinatorudur.

2007-ci ildən “Ətraf mühitin mühafizəsi” üzrə müxtəlif televiziya proqramlarında ekspert qismində iştirak etmişdir. “Ətraf mühitin mühafizəsi” üzrə bir cox layihələrin müəllifidir.

Təmiz Şəhər ASC tərəfindən maliyyələşdirilən “Mənim təmiz universitetim” layihəsinin müəllifidir. UNEC Həmkarlar İttifaqı Komitəsinin dəstəyilə təşkil olunan ənənəvi “Əl sənətləri” sərgisi-müsabiqəsi və “Milli kulinariya” müsabiqəsi layihəsinin rəhbəridir.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) koordinatoru olduğu “Beynəlxalq əlaqələr sahəsində universitet idarəçiliyinin inkişaf etdirilməsi və təkmilləşdirilməsi” adlı TEMPUS layihəsinin müəllif komandasının üzvü, UNEC-in tərəfdaş olduğu “Əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyası üçün bazasının yaradılması” adlı ERASMUS layihəsinin işçi komandasının üzvü və həmçinin UNEC və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin birgə 5 may 2018-ci ildə təşkil etdiyi “Əlilliyi olan gənclər üçün ümümrespublika Əmək Yarmarkası”nın təşkilat komitəsinin üzvü olmuşdur.

Əlilliyi olan gənclər üçün “İstedadlı Əllər” təlim kurslarının təşkilatçısı və təlimçisidir.

AMEA-nın  Kataliz və qeyri-üzvi kimya İnstitutunun dissertantıdır.

02.09.2019 – 13.09.2019 – “Multikulturalizmə giriş” fənni üçün hazırlanmış yeni tədris proqramları əsasında təlim (sertifikat)

19.06.2019 – “Sahibkarlıq fəliyyətinin hüquqi tənzimlənməsi” mövzusunda elmi-praktiki konfrans, “Əlilliyi olan gənclər üçün sahibkarlıq fəaliyyətinin gücləndirilməsində inklüziv mühitinin yaradılması”  mövzusunda  çıxış metni dərc olunub, (sertifikat)

2021-ci ildə UNEC-in 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub. 

*

CV- AZ

Dərc olunmuş elmi əsərlərinin siyahısı

Konfranslar və Təlimlər

 

Patentlər və ixtiralar

“Способ обезвреживания и утилизации твердых бытовых отходов.” Azərbaycan Respublikasının Patenti: i20150041 – 13.07.2015

sevacd458687OKI_5954OKI_5959OKI_5965sevinc11

WordPress SEO - www.mersindugun.com - escort eskisehir - betasus güncel giriş -
betist güncel giriş
-

casinoslot güncel giriş

- sekabet güncel giriş -
dumanbet güncel giriş
- holiganbet yeni giriş -

timebet yeni giriş

-
casinomaxi.click
- klasbahis yeni giriş - Sağlık Personeli