mahmud_5940dosent Quluzadə Mahmud Məmməd oğlu

22 dekabr 1938-ci ildə Tovuz rayonunun Pələngli kəndində anadan olmuşdur.

1956-cı ildə Bakı Statistika Texnikumuna daxil olmuşdur.
1959-cu ildə həmin texnikumu bitirmişdir.
Bir müddət Tovuz rayonunda statistika idarəsində  müdir müavini işləmişdir.

1962-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (hazırkı Azərbaycan Dövlət İqtisad Universiteti) daxil olmuşdur.
1969-cu ildə institutunu əla qiymətlərlə qurtarmış, “Xalq təsərrüfatının iqtisadiyyatı və planlaşdırılması” kafedrasında müəllim işləmişdir.

1966-cü ildən 1974-cü ilə qədər Azərbaycan Dövlət İqtisad Universitetində komsomol katibi işləmişdir. 1974-cü ildə alimlik dərəcəsi almaq üçün dissertasiya işini müdafiə etmişdir.
2002-ci ildə Moskva Dövlət Kooperasiya Universitetinin Bakıdakı filialının direktoru  vəzifəsinədə işləmişdir. Həmin filial Azərbaycan Kooperasiya Universiteti adlandırılaraq, yenidən təşkil edildikdən sonra uzun illər həmin universitetin rektoru vəzifəsində çalışıb.

1995-ci ildəAzərbaycan Dövlət İqtisad Universitetinə dəvət alıb. Hal-hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin “Sosial sferanın iqtisadiyyatı və idarəedilməsi” kafedrasında dosent vəzifəsində işləyir.

2017-ci ilin mayında UNEC-in Fəxri professoru adına layiq görülüb.

Evlidir, üç övladı və nəvələri var.