ulvi11224466UNEC Future Club Tələbə Təşkilatının Sədri
Ülvi İbrahimov

Ünvan: III Tədris binası B28

715 1

“UNEC Future Club”  tələbə təşkilatının ƏSASNAMƏSİ

I. Ümumi müddəalar

1.1   Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC)  fəaliyyət göstərən “UNEC Future Club” (UFC) tələbə təşkilatı Universitetdə təhsil alan gənclərin ümumi maraqlarını və könüllülük prinsiplərini rəhbər tutaraq, təhsilalanların müasir dövrün çağırışlarına cavab verən Startup layihələrinin, tədqiqatlarının stimullaşdırılması və dəstəklənməsi məqsədi ilə UNEC-in Elmi Şurasının qərarına əsasən təsis edilir.

1.2  UFC tələbə təşkilatı UNEC-in təhsilalanlarının  ümumi maraqlarına və könüllülük prinsiplərinə əsaslanan təşkilatdır.

 

II. UFC tələbə təşkilatının əsas məqsədləri

 2.1  UFC tələbə təşkilatının  əsas məqsədi təhsilalanların İnformasiya Texnologiyaları (İT)  sahəsində müasir nəzəri-təcrübi biliklərini inkişaf etdirmələrinə,  faydalı təşəbbüslərini reallaşdırmalarına yardım göstərməkdən ibarətdir.

2.2 Bu  istiqamətdə tədbirlərin ( fakültə daxilində və ümumrespublika miqyasında elmi disputlar,  sərgilər, müsabiqələr, olimpiadalar) keçirilməsini təşkil etməkdir.

2.3 İT sahəsində ixtisaslaşmış məşhur beynəlxalq mərkəzlərlə əlaqələr qurmaq, əməkdaşlığa nail olmaq; İT sahəsində nailiyyət qazanmış, məşhur beynəlxalq kampaniyalarda işə düzəlmiş soydaşlarımız barədə informasiya mübadiləsi yaratmaq, onlarla əlaqələr quraraq təhsilalanların karyera qurmalarına yardım göstərməkdir.

 

III. UFC tələbə təşkilatına üzvlük, üzvlərin hüquq və vəzifələri

3.1  UNEC-də  təhsil alan, faydalı təşəbbüsləri olan  hər bir tələbə və magistrant UFC-yə üzv ola bilər.

3.2  UFC tələbə təşkilatına üzvlük  könüllülük  xarakteri daşıyır və üzvlərdən heç bir üzvlük haqqı tələb olunmur.

3.3   UFC tələbə təşkilatına üzvlərin qəbulu İdarəetmə Şurası tərəfindən həyəta keçirilir.

3.4   UFC tələbə təşkilatına üzv olmaq istəyənlər İdarəetmə Şurasına yazılı şəkildə müraciət edir. Müraciətə 10 gün müddətində baxılır və İdarəetmə Şurasının üzvlərinin yarıdan çoxu müsbət münasibətini bildirdikdə üzvlüyə qəbul həyata keçirilir.

3.5    UFC tələbə təşkilatının üzvləri bərabər hüquqludurlar və aşağıdakı hüquqlara malikdirlər:

3.5.1  UFC tələbə təşkilatının idarəçiliyində iştirak etmək;

3.5.2  UFC tələbə təşkilatının hər hansı seçkili orqanına seçmək və seçilmək;

3.5.3  UFC tələbə təşkilatının təşkil etdiyi tədbirlərdə iştirak etmək;

3.5.4  UFC tələbə təşkilatının fəaliyyəti barədə məlumat almaq;

3.5.5 Müxtəlif layihə və proqramlarla çıxış etmək.

3.6  UFC tələbə təşkilatının üzvü eyni zamanda iki seçkili orqanın üzvü ola bilməz.

3.7   UFC tələbə təşkilatının üzvləri aşağıdakı vəzifələri daşıyırlar:

3.7.1  UFC tələbə təşkilatının Əsasnaməsinə əməl etmək;

3.7.2  Gördüyü işlərə məsuliyyətlə yanaşmaq;

3.7.3 UFC tələbə təşkilatının seçkili orqanlarının qərarlarını yerinə yetirmək.

3.8  UFC tələbə təşkilatının  üzvünün fəaliyyətinə aşağıdakı hallarda xitam verilir:

3.8.1  UFC tələbə təşkilatı ləğv edildikdə;

3.8.2  Könüllü olaraq UFC-nin üzvlüyündən çıxdıqda;

3.8.3  UFC tələbə təşkilatının üzvlüyündən çıxarıldıqda;

3.9  UFC  tələbə təşkilatı üzvünün üzvlüyünə xitam verilməsindən narazı qaldığı halda İdarəetmə Şurasına şikayət etmək hüququ var.

 

IV. UFC tələbə təşkilatının strukturu və idarəetmə orqanları 

4.1  UFC tələbə təşkilatı aşağıdakı strukturlara malikdir:

4.1.1   Fakültə təşkilatı;

4.1.2. Bölmələr üzrə təşkilat.

4.2 Fakültə təşkilatı – ən azı 3 (üç) nəfərdən ibarət olan tələbə qrupu – UFC-nin ilk özəyidir.
4.3 Fakültə təşkilatının işinə səsvermə yolu ilə seçilmiş sədr və sədr müavini rəhbərlik edir.
4.4  Fakültə  təşkilat üzvlərinin sayı 20-dən çox olduğu təqdirdə sədr və sədr müavini daxil olmaqla 5 (beş) nəfərdən ibarət İdarə Heyəti seçilir.
4.5  Fakültə təşkilatının İdarə Heyəti, üzvlərinin təşəbbüslərini Bölmələrə çatdırır.

*

4.6  Fakültə təşkilatının İdarə Heyətinin iclasları ən azı ayda 2 (iki) dəfə keçirilir.
4.7  Bölmə təşkilatı fakültə üzrə olan qrupların ən azı yarısında özəklər fəaliyyət göstərdiyi təqdirdə yaradılır.
4.8  Bölmə təşkilatının işinə səsvermə yolu ilə seçilmiş sədr və sədr müavini rəhbərlik edir.
4.9  Bölmə  üzrə qrup təşkilatlarını təmsil edən nümayəndələrdən, sədr və sədr müavini daxil olmaqla ən azı 7 (yeddi) nəfərdən ibarət İdarə Heyəti formalaşdırılır.
4.10  İdarə Heyəti Bölmə təşkilatı üzvlərinin təşəbbüslərini UFC -nin İdarəetmə Şurasının diqqətinə çatdırır və onun qəbul etdiyi fəaliyyət proqramının fakültə daxilində icra olunmasını təmin edir.
4.11  Bölmə təşkilatının İdarə Heyətinin iclasları ayda 1 (bir) dəfədən az almamaqla keçirilir.

4.12  UFC-nin idarəetmə orqanı İdarəetmə Şurasıdır.

4.12.1  Şuranın say tərkibi struktur tərəfindən müəyyənləşdirilir.
4.12.2 İdarəetmə Şurasının say tərkibi aşağıdakı şəkildə müəyyən edilir:

4.12.3 Hər Bölmədən 2-3 nəfər olmaq şərti ilə;
4.12.4 İdarəetmə Şurasının say tərkibi 7 nəfərdən az olmamalıdır.

4.12.5 İdarəetmə Şurası 2 (iki) il müddətinə seçilir.
4.12.6.  İdarəetmə Şurasının üzvlərinin fəaliyyətinə aşağıdakı hallarda xitam verilir:

4.12.6.1 Bakalavr yaxud magistr təhsilini başa çatdırdıqda;
4.12.6.2 Təhsilini Azərbaycanın digər ali və orta ixtisas təhsili müəssisələrində və ya Azərbaycanın hüdudlarından kənarda davam etdirdikdə;
4.12.6.3 Üzrlü səbəb olmadan İdarəetmə Şurasının iclaslarında ardıcıl olaraq 3 (üç) dəfə iştirak etmədikdə;
4.12.6.4  Öz təşəbbüsü ilə.

4.12.7  İdarəetmə Şurası UFC tələbə təşkilatının sədrindən, sədr müavinlərindən və üzvlərdən ibarət olan kollegial orqandır.
4.12.8  İdarəetmə Şurasının iclasları ayda 2(iki) dəfədən az olmayaraq keçirilir və aşağıdakı səlahiyyətlərə malikdir:

4.12.8  UFC tələbə təşkilatının üzvlüyünə qəbul və üzvlükdən azad edir;
4.12.9 UFC tələbə təşkilatının icra orqanlarını yaradır;
4.12.10  UFC tələbə təşkilatının fəaliyyət planlarını və layihələrini təsdiq edir;
4.12.11 Konfransın səlahiyyətinə aid olan məsələlərdən başqa bütün təşkilati məsələlər üzrə qərarlar qəbul edir.

4.12.12  İdarəetmə Şurasının yığıncaqları onun üzvlərinin yarıdan çoxu (50%+1) iştirak etdikdə səlahiyyətli sayılır və qərarlar sadə səs çoxluğu ilə qəbul edilir.
4.12.13  İdarəetmə Şurasının növbədənkənar iclası İdarəetmə Şurasının üzvlərinin 2/3-nin tələbinə əsasən çağrıla bilər.
4.12.14  İdarəetmə Şurasının işinə sədr rəhbərlik edir.

4.12.15  UFC tələbə təşkilatının sədrinin səlahiyyətləri:

4.12.16 UFC tələbə təşkilatının fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirir, icraedici və sərəncamverici funksiyalar daşıyır;
4.12.17  UFC tələbə təşkilatını təmsil edir və onun adından çıxış edir;
4.12.18  İdarəetmə Şurasının iclaslarına rəhbərlik edir;
4.12.19 Konfransın və İdarəetmə Şurasının qərarlarının icrasını təmin edir;
4.12.20  Konfrans tərəfindən üzərinə qoyulan digər funksiyaları həyata keçirir;
4.12.21  Öz fəaliyyəti ilə bağlı Konfrans qarşısında hesabat verir.

4.12.22  UFC tələbə təşkilatının sədri olmadıqda, onun səlahiyyətlərini sədr müavinlərindən biri həyata keçirir.
4.12.23  Sədr müavinləri İdarəetmə Şurası tərəfindən gizli səs vermə yolu 2 (iki) il müddətinə (yenidən seçilmək hüququ ilə) seçilir. UFC tələbə təşkilatının  sədr müavini eyni zamanda İdarəetmə Şurasının sədr müavinidir.

 

V. UFC tələbə təşkilatının ləğv olunması

5.1 UFC tələbə təşkilatı UNEC-in Elmi Şurasının qərarı ilə ləğv oluna bilər.

WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna