1977-ci ildə Naxçıvanın Ordubad rayonunda anadan olub. 1994-cü ildə Bakı Dövlət Univeristetinin Tarix fakultəsinə daxil olmuş , 2000-ci ildə həmin fakultənin magistraturasını bitirmişdir.
2001-ci ildə Azərbaycan Dövlət İqtisad Univeristetinin “Azərbaycan tarixi” kafedrasına laborant vəzifəsinə təyin olunmuşdur. 2003-cü ildən həmin kafedrada müəllim vəzifəsində çalışır.
2013-cü ildə Azərbaycan Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında “Türkiyə və Avropa İttifaqı münasibətləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Tarix elmləri namizədidir. 11 elmi məqalənin müəllifidir.
UNEC-in “Humanitar fənlər” kafedrasının baş müəllimi olub.
20.04.2022-ci il tarixdən həmin kafedranın dosenti (0,75) vəzifəsinə keçirilib.
Ailəlidir, iki övladı var.