Aprelin 21-də UNEC-in Rus İqtisadiyyat Məktəbində tanınmış psixoloq Elmir Əkbərlə görüş keçirilib.
Mərkəzin direktoru, dosent Mənsur Bərxudarov vaxtaşırı hər kəsin psixoloji dəstəyə ehtiyacı olduğunu bildirərək, gənc nəslin bu sahədə xüsusi məlumatlandırılmasına ehtiyac olduğunu bildirib.
E.Əkbər “Qarşılıqlı münasibətlər: özünü kamilləşdirmə” mövzusunda çıxış edib. Öncə insan münasibətlərinin əsas ziddiyyət nöqtələrini əyani surətdə göstərən iki qısametrajlı film nümayiş etdirilib. Həmin süjetlər əsasında psixoloq münasibətlərdə harmoniyanın təmin edilməsinin baza prinsiplərini açıqlayıb. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb. Qərara alınıb ki, belə görüşlər mütəmadi olaraq keçirilsin.