Təhsil naziri Bloomberg Maliyyə Laboratoriyasının açılışında iştirak edib – VIDEO

13 APREL 2022 | VIEWS:
448

Aprelin 13-də Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayev UNEC-də olub, müəllim və tələbələrlə görüşüb.

Görüşdən öncə nazir Emin Əmrullayev və UNEC-in rektoru professor Ədalət Muradov şəhidlərin Memorial-Xatirə Kompleksini ziyarət edərək, önünə əklil qoyub və əziz xatirələrini ehtiramla yad  ediblər.

Sonra təhsil naziri Emin Əmrullayev UNEC-in 7/24 kitabxanası, Ekstern Mərkəzi ilə tanış olub. Nazirə kitabxana, oxu zalı, Ekstern mərkəzi barədə ətraflı məlumat verilib. Emin Əmrullayev UNEC-də yaradılan hibrid auditoriyalara da baxış keçirib. Universitetdə hazırda 50 hibrid auditoriyanın fəaliyyət göstərdiyi, daha 50 auditoriyanın da yaxın zamanlarda istifadəyə veriləcəyi nazirin diqqətinə çatdırılıb.

Səfər çərçivəsində UNEC-in yeni yaradılmış muzeyin açılışı olub. Nazir UNEC-in yaranması tarixi barədə məlumatlandırılıb və tarixi sənədlərlə tanış olub.

Emin Əmrullayev ölkəmizdə ilk dəfə olaraq UNEC-də fəaliyyətə başlayan Bloomberg Maliyyə Laboratoriyasının açılışında da iştirak edib. Bildirilib ki, 12 Bloomberg terminalından ibarət olan laboratoriya UNEC-in bu sahədə dünyanın qabaqcıl universitetləri ilə eyni imkana malik olmasına və universitetdə keyfiyyətli araşdırma mühitinin yaradılmasına imkan verəcək. UNEC ölkənin təhsil sektorunda bu tip laboratoriyanın qurulmasında ilk və tək olmaqla, ölkədə maliyyə bazarlarının inkişaf etdirilməsinə böyük töhfə verəcək və öz məzunlarının əmək bazarında işlə təmin olunmasında üstünlüyə malik olacaqdır.

UNEC-lə tanışlıqdan sonra təhsil naziri və professor Ədalət Muradov tələbələrlə görüşüblər. Rektor  bakalavr və magistratura pilləsi üzrə tələbə qəbulu barədə məlumat verərək, qəbulda yüksək nəticələrin əldə olunduğunu qeyd edib. UNEC-in tədqiqat universitetinə çevrilməsi məqsədilə universitetdə magistrlərin payının daha da artırılacağını diqqətə çatdırıb.

Təhsil naziri  Emin Əmrullayev ölkədə ali təhsilin inkişafı istiqamətində  görülən işlərdən, gələcək prioritetlərdən, tələbələrə dövlət dəstəyindən, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın mahiyyətindən danışıb. Tələbələrə fərdi bacarıqlarını inkişaf etdirməyi, elmi tədqiqatlara marağı daha artırmağı, innovativ layihələrdə fəal olmağı tövsiyə edən nazir, UNEC-də bu istiqamətdə bütün imkanların yaradıldığını vurğulayıb.

Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.

Təhsil naziri gənc müəllimlərlə də görüşüb. Görüşdə rektor universitetdə gənc müəllimlərin işə qəbulu ilə bağlı görülən işlərdən danışıb. Hazırda müəllimlərin 30 faizini gənc müəllimlərin təşkil etdiyini və bu prosesin davam etdiriləcəyini deyib.

Gənc müəllimlərin tədrisə cəlb olunmasının vacibliyindən söz açan nazir, son illər bu istiqamətdə müsbət tendensiyaların yarandığını deyib. Emin Əmrullayev gənc müəllimlərin tədrisin keyfiyyətinin artırılmasındakı rolundan, universitetlərin reytinqinə təsir edən amillərdən, kadr potensialının formalaşdırılmasından söz açıb. Ali təhsil sahəsində bu istiqamətdə aparılan islahatlar və görülən işlər barədə məlumat verib.

Görüşün sonunda təhsil naziri gənc müəllimlərin təkliflərini dinləyib və suallarını cavablandırıb. 

Televiziyaların təhsil nazirinin UNEC-ə səfərindən hazırladığı videoreportajları təqdim edirik.

AZTV

CBC TV

ARB24

REAL TV

XƏZƏR TV

İTV

APA TV

*

https://news.unec.edu.az/xeber/104-unec-kiv-de/8653-bold-tehsil-naziri-unec-de-olub-video-red

449 2
WordPress SEO - escort eskisehir - Sağlık Personeli - eskort -
Zero Waste Shop
- betasus giriş