“Təhsil-tədqiqat-innovasiya” formatında UNEC: qlobal çağırışlar və real imkanlar

19 YANVAR 2017 | VIEWS:

Zahid-m111-“İqtisadiyyat” qəzeti, 19-25 yanvar, 2017

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda insan kapitalinin inkişafı, bilik və innovasiyalara əsaslanan inkişaf prioritet təşkil edir. Eləcə də “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikasının qanunları da ölkədə təhsil və elmin inkişafına xidmət edən mühüm dövlət sənədləridir.
Ali təhsil müəssisələrində yetişdirilən mütəxəssislər dövlətin və şirkətlərin idarə olunmasında, daha çox əlavə dəyərin yaranmasında, iqtisadi artımda və əmək məhsuldarlığının yüksəldilməsində fəal iştirak edirlər.
Azərbaycan Respublikasında milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsi Azərbaycanda iqtisadi və sosial baxımdan daha səmərəli ali təhsil sisteminin formalaşdırılması prosesinə start verdi.
Bunu nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi təsdiq edildi.
Bunun üçün ali təhsilin keyfiyyətinin yüksəldilməsi, qlobal təhsil məkanına inteqrasiya, ali təhsilli kadrlara tələbatın ödənilməsi, habelə ali təhsilin informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərinə uyğunlaşdırılması istiqamətində islahatlar sürətləndiriləcəkdir.
UNEC məhz bu kontekstdə dünya təhsil xidmətləri bazarında rəqabətqabiliyyətli brend universitet yaratmaqla yüksəkixtisaslı iqtisadçı və menecerlərin hazırlanması, fundamental və tətbiqi elmi tədqiqatların aparılması, “biliklər iqtisadiyyatı”nın inkişafına və ölkəmizin sosial-iqtisadi tərəqqisinə töhfələr verməyi hədəfləmişdir.
Dünya təcrübəsi də təsdiqləyir ki, bu məqsədə çatmağın əsas şərtlərindən biri, tədris ilə ali məktəb elminin sıx əlaqəsinin təmin olunması, elmi tədqiqatların daha yüksək səviyyədə aparılması və praktiki məsələlərin həllinə yönəldilməsidir.

UNEC-də “Elm, təhsil və innovasiya”
üçbucaqlı modelə keçid

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasını rəhbər tutaraq, UNEC-də e-universitet modelinə keçid təmin olunmuş və tədris prosesində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi tam başa çatmışdır.
UNEC də elmi-tədqiqat işləri aparanların internetdə olan resurslardan istifadə etməsi üçün EBSCO bilik bazasına abunədir. Bazada 9000 adda (onlardan 7851-i resenziya olunan) iqtisadiyyat, ictimai, humanitar, kompüter, mühəndislik (neft,qaz və s.), fizika, kimya, nəqliyyat və s. sahələri əhatə edən jurnalların yerləşdiyi verilənlər bazası və onların CD/DVD formatında təminatı, 2913 adda elektron kitab və broşüralar təsvir olunub. Zəngin resurslara malik saytda elektron mühazirələr, video-dərsliklər, monoqrafiyalar, dərs vəsaitləri, müvəqqəti və daimi istifadəyə verilən məlumat bazalarına keçidlər, fənlər üzrə işçi tədris proqramları (silabuslar) yerləşdirilib. Bu bilik bazasında axtarış aparmaq üçün qaydalar və kitablardan istifadə üsulları haqqında ingilis dilində olan təlimat tərcümə edilib, universitetimizin elektron kitabxanasında elmi-tədqiqat işləri aparanların istifadə etməsi üçün yerləşdirilib.
2016-cı ildə artıq universitet “Thomson Reuters”in ali təhsil müəssisələrinin qlobal elmi bazası olan “Web of Science” platformasına abunə yazılıb. Dünyanın aparıcı informasiya agentliyi olan “Thomson Reuters” şirkətinin təlimləri Azərbaycan ali təhsil müəssisələri arasında ilk dəfə UNEC-də təşkil olunub.
Proqramda yalnız UNEC-in deyil, ölkənin digər aparıcı ali təhsil müəssisələrinin nümayəndələrinin də iştirakı yüksək dəyərləndirilib. İki gün davam edən təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim olunub. Sertifikata sahib olanlar “Web of Science” platformasından istifadə qaydalarına dair təlim keçmək hüququ əldə ediblər. Onlar bu platforma üzrə Azərbaycanda təlim keçirə biləcək ilk mütəxəssisdirlər. Elmi-tədqiqat işləri aparanların “Thomson Routers”in “Web of Science” platformasında sərbəst işləmələri üçün ingilis və rus dillərində olan təlimatları universitetin tərcümə mərkəzində Azərbaycan dilinə tərcümə edilmiş və geniş oxucu dairəsinin istifadəsi üçün elektron kitabxanaya yerləşdirilmişdir.

Bu baxımdan Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi Şurasının qərarı ilə təsdiq olunan “Azərbaycan Dövlət İqtisad Universitetində professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsinə əsaslanan diferensial əməkhaqqı sisteminin tətbiqi haqqında Qaydalar”ın icrasını təmin etmək məqsədilə daimi Komissiya fəaliyyət göstərir. Azərbaycan Dövlət İqtisad Universitetində professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndiriməsinə əsaslanan diferensial əməkhaqqı sisteminin tətbiqi haqqında Bu “Qaydalar”ın məqsədi professor-müəllim heyətinin xidməti fəaliyyətini obyektiv kriteriyalar əsasında qiymətləndirərək əməkhaqqlarını diferensiallaşdırmaqla onların elmi-pedaqoji fəaliyyətlərinin ADİU-nun inkişaf hədəfləri istiqamətində stimullaşdırılmasını gücləndirməkdir. Bu sistemin üstünlüklərindən biri araşdırma yolu ilə bilik istehsal etmək və tədris yolu ilə savadlı kadrlar yetişdirməkdir. DƏHS vasitəsilə ictimaiyyətin bütün nümayəndələri, o cümlədən dünyanın istənilən məkanında fəaliyyət göstərən ali məktəb və reytinq təşkilatları UNEC-in fakültə və kafedralarının, eləcə də ayrı-ayrı professor-müəllim heyətinin elmi-pedaqoji fəaliyyəti haqqında faktlara söykənən sənədlərə əsaslanan məlumatlar əldə edə biləcəkdir. Bu məlumatlar əsasında, ilk növbədə universitet rəhbərliyi professor-müəllim heyətinin elmi fəaliyyətinə nəzarət edə biləcək.
Fakültələrin, kafedraların, professor-müəllim he­yətinin reytinq göstəricilərinə görə sıralanması, müəl­limlərin elmi nəşrləri və onların ictimaiyyətə təsir etmə gücü (impakt faktor), xarici ölkələrdə nəşr olunan elmi məqalələrin sayı, professor-müəllim heyətinin neçə faizinin elmi-tədqiqat işi ilə məşğul olması barədə məlumatlar da DƏNS-də öz əksini tapacaq. Bütün bu göstəricilər pedaqoji heyətin müəyyən vəzifələrə seçkisi və təyin olunması zamanı da nəzərə alına bilər.
UNEC-də tətbiqi tədqiqatları, eləcə də innovativ fəaliyyəti təşviqləndirən qrant maliyyələşdirməsinin tətbiqi sisteminə keçiləcəkdir.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) RF, Dağıstan Respublikasının Dərbənd şəhərində filialının rəsmi açılışı oldu. UNEC-in rektoru, professor Ədalət Muradov hər iki ölkə prezidentinin həyata keçirdiyi uğurlu siyasətin Azərbaycan-Rusiya münasibətlərinin hərtərəfli inkişafına zəmin yaratdığını bildirib. Rektor İqtisad Universiteti barədə ətraflı məlumat verərək, bildirib ki, ötən il rebrendinq nəticəsində UNEC brendi patentləşdirilib. QS reytinq agentliyinin göstəricilərinə görə, UNEC Şərqi Avropanın və Mərkəzi Asiyanın ən yaxşı iqtisadyönümlü universitetləri arasında dördüncü yerə yüksəlib. UNEC tələbə sayına görə Cənubi Qafqazda iqtisadyönümlü ən böyük ali təhsil ocağıdır. Burada 18 mindən çox tələbə Azərbaycan, türk, rus və ingilis dillərində təhsil alır. Tələbələrin istəyi nəzərə alınaraq, bu ilin sentyabrından UNEC-də Rus İqtisadiyyat Məktəbi yaradılıb. Təxminən 18% tələbəyə 11 ixtisas üzrə rus dilində təhsil verilir.
UNEC-in Dərbənd filialında maliyyə, mühasibat uçotu və audit, iqtisadiyyat və dünya iqtisadiyyatı olmaqla dörd ixtisas üzrə tədris aparılır. Tədris Plexanov adına Rusiya İqtisad Universitetinin tədris proqramları əsasında işlənib hazırlanıb. Ümumilikdə, filialın pedaqoji heyətinin əməkhaqqı Dağıstanın uyğun orta göstəricisindən iki dəfə çoxdur.
Dərbənd filialı təkcə Rusiyada deyil, bütün regionda yüksəkixtisaslı mütəxəssislərin hazırlanması üzrə aparıcı mərkəzlərdən biri olacaqdır.
Rusiyanın təhsil və elm naziri Olqa Vasilyeva UNEC-in Dərbənd filialının açılmasını əlamətdar hadisə kimi qiymətləndirib: “Özünü nüfuzlu reytinqlərdə təsdiq edən, Cənubi Qafqazın ən böyük iqtisadyönümlü universitetinin filialının Rusiya Federasiyası ərazisində açılması mühüm hadisədir. Sevindirici haldır ki, UNEC-də həm də Rus İqtisadiyyat Məktəbi fəaliyyət göstərir. Ümidvarıq ki, UNEC-in Dərbənd filialı Dağıstan üçün lazım olan iqtisadçı kadrların hazırlanmasında əvəzsiz xidmət göstərəcək. Bildirmək istəyirəm ki, Dərbənd filialında həqiqətən bacarıqlı və yüksək peşəkarlığa malik pedoqoji heyət fəaliyyət göstərir”. Rusiyalı nazir UNEC-in Dərbənd filialının açılışını vaxtında atılmış addım kimi qiymətləndirib.
Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov qeyd edib ki, bu filialın açılması münasibətlərimizin inkişafının göstəricisidir. Xüsusi olaraq bildirmək istəyirəm ki, UNEC-in Dərbənd filialı Azərbaycanın Rusiyada rəsmi lisenziya ilə fəaliyyət göstərən yeganə ali təhsil müəssisəsidir.
Azərbaycan Respublikasının İnkişaf Konsepsiyasına uyğun olaraq şəxsə hərtərəfli bilik və bacarıqların verilməsi məqsədi ilə UNEC-də struktural dəyişikliklər, infrastrukturun gücləndərilməsi və xaricdə təhsil alan gənclərin elmi-pedaqoji işə alınması prosesi sürətləndirilmişdir.
UNEC-də e-universitet modelinə keçid təmin olunmuş və tədris prosesində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi tam başa çatmışdır.
UNEC-də tədrisin əsas məqsədi səriştəli təhsilverənlərə, ən yeni texnologiyalara əsaslanan infrastruktura malik, keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan tədqiqat universitetini yaratmaqdır. UNEC-də tətbiq olunan dövlət təhsil proqramları aparıcı Avropa universitetlərinin standartlarına uyğunlaşdırılmışdır. Təhsil verənlərin peşəkarlıq səviyyəsinin daim yüksəlməsinin təminatı ilə əlaqədar UNEC-in professor-müəllim heyəti nüfuzlu Avropa, Rusiya, Türkiyə universitetlərinə ezam olunur. Səriştə və nəticə əsaslı diferensiallaşdırılmış, əmək bazarında rəqabətqabiliyyətli əmək haqqı sistemi tətbiq olunur.
Əmək bazarının mütəmadi öyrənilməsi məqsədi ilə UNEC-in Elmi Şurasının 29.02.2016-cı il tarixli iclasının 143 №-li qərarı ilə Karyera Mərkəzi yaradılmışdır. Mərkəz Azərbaycan Dövlət İqtisad Univesiteti, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Beynəlxalq Əmək Təşkilatının birgə layihəsidir. Gənclər üçün Karyera Mərkəzinin yaradılmasında başlıca məqsəd gənclərin bilik, praktiki bacarıq və vərdişlərinin artırılması, onların məşğulluq problemlərinin həll edilməsi üzrə kompleks təşkilati, texniki, informasiya, konsaltinq, tədris və maarifləndirmə tədbirlərinin həyata keçirilməsidir.
İqtisadi təhsilin məzmununun yeniləşməsi istiqamətində ali iqtisadi təhsil üzrə cari və yeni ixtisaslara dair yeni təhsil standartları hazırlanıb. Universitetdə tədris edilən ixtisas və istiqamətlər üzrə kurrikulumlar yenilənib, universitet bazasında fasiləsiz (ömürboyu) təhsilin təşkilati infrastrukturu yaradılıb (virtual təlim, media və məsafədən təlim modelləri daxil olmaqla) və texnoloji transferlər üzrə fəaliyyətin genişləndirilməsi, innovasiyalar mübadiləsinin təşkili, innovasiya fəaliyyətinin stimullaşdırılması prosesi sürətlənib. UNEC-də tədris prosesinin elmi-tədqiqatla əlaqələndirilməsi, elm və təhsilin istehsalatla inteqrasiyasının gücləndirilməsi, innovasiyaların tədris prosesinə tətbiqi, universitet və institut arasında elmi-tədqiqat və kadr hazırlığı sahəsində əməkdaşlığın yaradılması və inkişaf etdirilməsi qarşıya qoyulan prioritet məsələlərdən biridir. UNEC-də bu istiqamətdə görülən işlər öz əksini 16 monoqrafiya, 864 məqalə, 238 konfransda edilən məruzə və tezislərdə, o cümlədən 27 dərslik və 48 dərs vəsaitində əksini tapmış və 63 tamamlanmış büdcə təyinatlı tədqiqat işlərinin nəticələri bilavasitə tədris prosesində tətbiq olunur.
UNEC “ Biznes və menecment” fakültəsinin dekanı i.e.n., dos. Əhmədov M.M. AR Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “İnformasiya Texnologiyalarının İnkişafına Dövlət Fondu” tərəfindən “Texnologiya transferi mexanizminin təkmilləşdirilməsində web resurslarının işlənməsi və tətbiqi layihəsi” mövzusunda qrant qazanmışdır.
UNEC-in pedaqoji heyətinin elmi fəaliyyətinin artırılmasında professor-müəllim heyətinin elmi baxımdan qiymətləndirilməsi sistemi əsas hədəflərdən biridir. 2016-cı il hesabat dövrünə müvafiq olaraq UNEC-in jurnalları EBSCO və digər beynəlxalq nüfuzlu indekslərdə yer almışdır. Bu jurnallar aşağı­dakılardır:
1. Beynəlxalq reytinqli “The journal of economic sciences: theory and practice” (İSSN 2220-8739) (“İqtisad elmləri: nəzəriyyə və praktika” jurnalı) – jurnala universitetin rektoru prof. Ə.C.Muradov rəhbərlik edir.
Jurnalın səhifələrində iqtisad elminin ən müxtəlif sahələrini əhatə edən, nəzəri və praktik əhəmiyyətə malik, müasir dövrün gerçəkliyini elmi cəhətdən əks etdirən sanballı məqalələr nəşr olunur. Artıq jurnalın beynəlxalq səviyyədə tanınması yönümündə konkret nəticələr əldə olunmuşdur. “İqtisad elmləri: nəzəriyyə və praktika” jurnalı EBSCO Databases və Journal of Economic Literature in American Economic Association Publications kimi tanınmış indekslərdə qeydiyyatdadır. Bu jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının dissertasiyaların əsas nəticələrinin dərc olunması üçün tövsiyə etdiyi dövri elmi nəşrlər siyahısındadır.
2. Prezident yanında Ali Attestasiya Komissiyasında qeydiyyatdan keçmiş “Azərbaycan Dövlət İqtisad Universitetinin elmi xəbərləri” jurnalı.
Bu jurnalın məqsədi iqtisad və digər sosial elmlərin (tarix, beynəlxalq münasibətlər, fəlsəfə, sosiologiya və s.) müasir və ümumkonseptual problemlərini optimal nəzəri və praktiki uzlaşmada elmi-metodoloji cəhətdən ifadə edən orijinal məqalələrin dərcinə üstünlük verməkdən ibarətdir.

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) magistratura pilləsində yeni standartların tətbiqi

Qabaqcıl beynəlxalq təcrübə əsasında təhsilin pillələri və səviyyələri üzrə keyfiyyət standartları və göstəricilərinin hazırlanması, Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2016/2017-ci tədris ilindən başlayaraq magistratura pilləsində yeni standartların tətbiqinə başlanılıb. Yeni standartlara əsasən, UNEC-in magistratura pilləsində 15 ixtisas üzrə tədris Avropa Kredit Transfer Sisteminin (AKTS) tələblərinə və bu sistemə qoşulan ölkələrin təcrübəsinə əsaslanaraq aparılacaq. Yeniliklərdən biri ondan ibarətdir ki, təhsil standartlarına uyğun keçirilən hər bir fənnin kreditlərinin sayı Avropa Kredit Transfer Sisteminə uyğun olaraq, 6 AKTS olaraq müəyyənləşdirilib. Yeni standartlarla təhsil alan magistrlər dünyanın bir çox qabaqcıl universitetlərinə beynəlxalq təqaüd və mübadilə proqramları ilə müraciət edə biləcək və tədris olunan fənlərin uyğunlaşdırılmasında heç bir mane ilə rastlaşmayacaqlar. Magistratura təhsil pilləsi üzrə tətbiq olunan yeni standartların əsas məqsədi tədqiqatyönümlü və elmi araşdırmalar apara bilən akademik kadr yetişdirməkdir. Bu məqsədlə təhsil proqramında nəzəri təlimə ayrılan həftə sayı 30-a endirilir, magistr dissertasiyası və elmi tədqiqatlar üçün həftələr artırılır. Tələbə iki semestr – hər semester 5 dərs olmaqla (bunlardan hər semester 3 məcburi, 2 seçmə fənn), ümumilikdə 60 AKTS-lik tədris müddətini başa vurur. 3-cü semestrdə magistrlərə “Tədqiqatlar, kommunikasiya və innovasiya” fənni tədris edilir. Dərs zamanı magistr elmi rəhbər ilə birliktə tədqiqatlar aparır, kommunitivlik  bacarıqlarını, eyni zamanda, tələbə-qiymətləndirmə metodlarını və dərslərdə akademik kadr olaraq iştirakı aktiv şəkildə öyrənir, elmi rəhbərlə bərabər, dərslərin tədrisində iştirak edir. 3-cü semestrin sonunda magistr dissertasiya işi ilə bağlı elmi rəhbərə hesabat verərək qiymətləndirilir. 4-cü semestrdə “Tədqiqat işinin aparılması” fənni tədris olunmaqla yanaşı, magistrlər elmi tədqiqat və elmi pedaqoji təcrübələrdə iştirak edir, dissertasiya işini hazırlayır. Fənnin tədrisinin ən əsas məqsədi magistrlərə elmi məqalə və məruzələrin hazırlanması, tədqiqat prosesinin aparılması, bu proses zamanı müasir proqram təminatı vasitələrindən və analiz metodlarından istifadənin öyrədilməsidir. Magistr dissertasiya işinin müdafiəsi ilə 120 AKTS-lik magistr təhsil proqramını tamamlayaraq məzun olur. Magistr pilləsində akademik kadr, müasir, yüksək keyfiyyətli və beynəlxalq təcrübəli elmi tədqiqatçılar hazırlamaq üçün bütün ixtisaslar üzrə “Tədqiqat metodları” fənni məcburi dərs olaraq keçiləcək. Fənnin tədrisi beynəlxalq təhsil sisteminə inteqrasiyanı, müəllim-tələbə mübadiləsini də genişləndirəcək.

Standartlara uyğun olaraq müəyyənləşdirilən “Tədqiqat Metodları” və ixtisaslar üzrə müasir problemlər fənlərindən əlavə, digər fənlər “ali məktəb tərəfindən müəyyən edilən fənlər” blokuna daxil ediləcək. İxtisas və müvafiq ixtisaslaşmalar üzrə səriştələr (kompetensiyalar) və buna müvafiq fənlər isə ali təhsil müəssisələri tərəfindən müəyyənləşdiriləcək.

Yeni tədris proqramına əsasən, magistratura pilləsində məşğələ dərslərinin məsləhət saatları şəklində müzakirələrlə əvəz edilməsi, mühazirə və seminarların isə birləşdirilməsi nəzərdə tutulub.

UNEC-də kadr potensialının gücləndirilməsi

Kadr potensialının gücləndirilməsi istiqamətində UNEC-də bir sıra mühüm addımlar atılmışdır, o cümlədən:

– UNEC-də doktorantura təhsil pilləsi üzrə yeni standartlar, tədris planları, yaddaş kitabçası hazırlanıb və Təhsil Nazirliyinə təqdim edilib;

– dissertasiyaların keyfiyyətinin yüksəldilməsi məqsədilə UNEC-də Ekspertiza Komissiyası yaradılıb. Ekspertiza Komissiyasının  müvafiq rəyindən sonra dissertasiyalar müzakirə üçün kafedralara göndərilir;

– plagiat hallarının qarşısının alınması məqsədilə  bütün dissertasiyaların Antiplagiat proqramı vasitəsilə monitorinqi həyata keçirilir;

– ingilis dili üzrə doktoranturaya qəbul və doktorluq  imtahanları British Council  tərəfindən təşkil edilir;

– təhsilverənlərin elmi-pedaqoji biliklərinin artırılması və müasir tədris bacarıqlarının inkişaf etdirilməsi məqsədilə Paris Sorbon Universiteti – Abu Dabi və Türkiyənin Uludağ Universitetinin professorları UNEC-in Quba Tədris, İdman və İstirahət Kompleksində keçirilən Qış məktəbləri çərçivəsində UNEC müəllimlərinə təlimlər keçirilir;

– təcrübəli professorların silsiləvi nümunəvi açıq dərsləri və innovativ tədris texnologiyalarından səmərəli istifadə edən müəllimlərin master klassları (4 dildə) keçirilir.

– UNEC-in üç əməkdaşı ABŞ Dövlət Departamentinin Hubert H.Humphrey, Fulbright və  Beynəlxalq Liderlik Proqramları çərçivəsində uzunmüddətli ixtisasartırma və tədqiqat kurslarında iştirak edib.

Fulbright proqramı çərçivəsində UNEC-də uzunmüddətli səfərdə olan 2 Amerikalı mütəxəssis tədris prosesinə cəlb olunub.

UNEC-də  plagiat halları ilə mübarizənin gücləndirilməsi məqsədi ilə müxtəlif tədbirlər görülür. Bu baxımdan UNEC tədris vəsaitlərində, dissertasiyalarda və digər elmi işlərdə plagiatın qarşısının alınması və aşkar edilməsi məqsədi ilə Polşanın beynəlxalq “Plagiat.pl” şirkəti ilə sıx əməkdaşlıq edir.

UNEC-də tələbələrin elmi-tədqiqat fəaliyyətinin aktuallığı artmaqdadır. Tələbələrin elmi araşdırmaları tədrisdə əldə olunmuş biliklərin reallaşdırılması, fərdi və yaradıcı imkanlarının nümayiş etdirilməsinə imkan yaradır. UNEC-də tələbələrin elmi tədqiqat işləri tədris prosesinin davamına və dərinləşdirilməsinə xidmət edir və ali təhsil müəssisəsinin kafedra, laboratoriya, elmi tədqiqat mərkəzləri və institutlarında təşkil olunur. Tələbə elmi tədqiqat işlərinə rəhbərliyi UNEC-in professor və müəllimləri, elmi bölmələrinin əməkdaşları və doktorantlar həyata keçirir. UNEC-də tələbələrin elmi işlər sahəsində fəallığını artırmaq üçün aşağıda qeyd olunan işlər görülür:

  • tələbə elmi işlərin praktiki əhəmiyyəti artırılır;
  • nəticələrin elmi jurnal və məcmuələrdə nəşr olunmasına imkanlar yaradılır;
  • tələbələrlə professor-müəllim heyəti, elmi işçilərlə davamlı elmi əlaqələr yaradılır;
  • gələcəkdə elmi fəaliyyətə cəlb olunacaq istedadlı, bacarıqlı tələbələrin seçimi aparılır;
  • tələbələrin mənəvi həvəsləndirmə sistemi tətbiq olunur.

Qeyd olunanlarla yanaşı, magistratura pilləsində təhsil standartlarının insan kapitalının inkişafı çağırışlarına cavab verməsi istiqamətində yeni addımların atılması və ümumi təhsilin keyfiyyət göstəricilərinin yüksəlməsi Avropa standartlarına uyğun tərtib edilmişdir.

UNEC-lə AMEA arasında əlaqələrin genişləndirilməsi

Azərbaycan Milli Elmlər Akademiyası  Azərbaycan Respublikasının elm sahəsində dövlət siyasətini həyata keçirən ali elmi təşkilatdır. Bu baxımdan UNEC-lə AMEA arasında əlaqələrin qurulması mühüm əhəmiyyət kəsb edir. 2016-cı ilin iyun ayının 7-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) birgə təşkilatçılığı ilə “Elm və təhsilin vəhdəti: qlobal çağırışlar və lokal imkanlar” mövzusunda elmi konfrans keçirilib. Konfransda müzakirələr aparılıb, müxtəlif təkliflər səsləndirilib. Bildirilib ki, AMEA ilə UNEC-in vahid kitabxana şəbəkəsinin yaradılması, dərslik hazırlığı və birgə tədqiqatların aparılması elm və təhsilin vəhdətini təmin etməkdə vacib rol oynayacaq. Sonda AMEA ilə UNEC arasında elm və təhsil sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Sənəddə birgə elmi-tədqiqatların aparılması, onların tədris prosesində tətbiqi, tanınmış alimlərin tədris prosesinə cəlb edilməsi, tədris-metodiki ədəbiyyatın işlənib hazırlanması və digər məsələlər öz əksini tapıb.

Bundan başqa, dekabrın 21-də Azərbaycan Milli Elmlər Akademiyasında AMEA-nın Ümumi yığıncağı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının birgə elmi sessiyası keçirilib. Tədbirdə elm və təhsilin ölkəmizin davamlı inkişafındakı rolu, bu sahədə aparılan islahatlar, mövcud problemlər və problemlərin həll yolları müzakirə olunub.

Elmi sessiyada  UNEC rektoru prof.Ə.C.Muradov çıxış edib və qeyd edib ki, UNEC qarşısında duran əsas vəzifə təhsilin və elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsi, ixtisaslı mütəxəssislərin və elmi kadrların hazırlanmasının təmin olunmasıdır. Məqsəd  UNEC-i   “Tədqiqat universitetinə”  çevirməkdir. Hal-hazırda UNEC ilə AMEA arasında elm və təhsil sahəsində əməkdaşlıq haqqında imzalanan protokola uyğun olaraq, iki təşkilat arasında elm və təhsilin inteqrasiyası üzrə birgə Fəaliyyət Planının hazırlanması mövzusunda işçi qrupu çalışır.

UNEC-in  beynəlxalq elmi təşkilat və xarici universitetlərlə əməkdaşlığı

UNEC-in beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində bir sıra əhəmiyyətli işlər görülmüş, ilk dəfə olaraq dünya universitetlərinin nüfuzlu reytinqlərində UNEC-in iştirakı təmin olunmuş, dünyanın qabaqcıl təhsil müəssisələri ilə əlaqələrin qurulması və möhkəmləndirilməsi, müəllim və tələbə mobilliyinin təşkil olunması istiqamətlərində mühüm nəticələr əldə olunmuşdur.

UNEC-in dünyanın nüfuzlu ali təhsil müəssisələri arasında layiqli yer tutması istiqamətində mühüm addımlar atılmışdır. Belə ki, QS İnkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya regionu üzrə reytinqdə regionun 4-cü ən yaxşı iqtisadyönümlü universiteti olmaqla ən yaxşı 200 universitet arasında qərarlaşıb.

2016-cı il iyunun 14-də açıqlanan reytinq  regionun 30 ölkəsinin 500-dən çox universitetini əhatə etmişdir. Reytinq 9 indikator üzrə aparılıb: akademik reputasiya, məqalə üzrə sitat sayı, işəgötürənlərin reputasiyası, müəllim-tələbə nisbəti, elmi dərəcəsi olan müəllimlərin sayı, əcnəbi müəllimlərin sayının yerli müəllimlərin sayına olan nisbəti, əcnəbi tələbələrin yerli tələbələrə olan nisbəti, veb təsir və məqalə sayının müəllim sayına olan nisbəti.

Veb təsir, yəni universitetlərin yeni texnologiyalardan səmərəli istifadəsi indikatoru üzrə reytinqdə UNEC-in internet resurslarının effektivliyi 52.6 balla qiymətləndirilib. Burada əsas olaraq Webometrics qiymətləndirmələri götürülür ki, 2015-ci ilin ikinci yarısı və 2016-cı ilin ikinci yarısı üçün reytinqdə UNEC ölkə üzrə birinci yerdə qərarlaşmışdır.

İşəgötürənlərin reputasiyasında ötən illərin göstəricilərinə nisbətən xeyli irəliləyiş var. Bu indikator üzrə ümumilikdə 2016-cı il üçün 44200-dən çox rəy toplanıb. Müxtəlif  biznes qurumlarının verdiyi səsvermə əsasında UNEC-in yekun balı 22.2 olub. Qiymətləndirmə universitet məzunlarının müxtəlif müəssisələrə işə götürülməsinin təhlil olunmasına köməklik göstərir. Müəllim və tələbə sayı nisbəti indikatoru üzrə bal 22.1 olub. Burada müəllim heyəti sayının tələbə sayına olan nisbəti əsas götürülür. Müəllim sayına düşən məqalələrin orta sayının göstəricisi 1.1 olub ki, bu da Azərbaycan ali təhsil müəssisələri arasında ikinci ən yaxşı göstəricidir. Bura ali təhsil müəssisələrinin SCOPUS bazasında indeksləşən məqalələrin sayı daxildir. Bu indikator üzrə UNEC-in irəliləməsinə əsas səbəblərdən biri bu ildən etibarən UNEC-də ilk dəfə olaraq, pedaqoji heyətin motivasiyasını təmin etmək və müəllimlər arasında rəqabət mühitini gücləndirmək məqsədilə tətbiq olunan diferensial əməkhaqqı sistemi olub.

Elmi dərəcəsi olan müəllimlərin sayı indikatoru üzrə də UNEC irəliləyiş əldə edib. Fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələri olan müəllimlərin sayının ümumi müəllimlərin sayına olan nisbəti  55.9% təşkil edir ki, bu da UNEC-ə 10.4 bal qazandırıb.

Əcnəbi müəllimlərin sayının yerli müəllimlərin sayına olan nisbəti indikatoru üzrə alınan bal 10.8, əcnəbi tələbələrin sayının yerli tələbələrin sayına olan nisbəti indikatoru üzrə isə toplanan bal 4.9 olub.

Ali təhsil müəssisələrinin web resurslarda iştirakını qiymətləndirən Webometrics dünyanın ali təhsil müəssisələrinin ən nüfuzlu reytinqlərindən biridir.  2015-ci ilin ikinci yarısı və 2016-cı ilin birinci yarısında açıqlanan siyahılara  “Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) liderlik etmişdir.

2016-cı ilin aprel ayında UNEC ilə Montpellier Universiteti arasında ikili diplom haqqında razılaşma imzalanmışdır. Razılaşmaya əsasən, UNEC-in “İqtisadiyyat”, “Dünya İqtisadiyyatı”, “Maliyyə”, “Mühasibat” və “Biznesin təşkili və idarə edilməsi” ixtisasları üzrə təhsil alan tələbələri Fransanın Montpellier Universitetinin “Beynəlxalq menecment və biznes” ixtisası üzrə də diplomunu almaq imkanı əldə edə biləcəklər.

London Universiteti/London İqtisad Məktəbi ilə ötən il imzalanmış ikili diplom proqramı bu il də davam etmişdir. Hal-hazırda proqram üzrə təhsil alan tələbələrin sayı 8 olmuşdur.

MBA proqramı üzrə İsveçrə Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (UBİS) ilə proqramda 19 nəfər təhsil almışdır.

Magistratura səviyyəsində də ikili diplom proqramını reallaşdırmaq üçün müəyyən işlər görülmüşdür. Belə ki, Türkiyənin Süleyman Dəmirəl Universiteti ilə ikili diplom proqramını əhatə edən razılaşma hazırlanmışdır. Proqram Türkiyənin Ali Təhsil Şurası (YÖK) tərəfindən təsdiqləndikdən sonra fəaliyyətə başlayacaqdır.

Eyni zamanda, dünyanın nüfuzlu ali təhsil müəssisələrindən olan Birləşmiş Krallığın Koventri Universiteti ilə də MBA təhsili üzrə ikili diplom proqramı üçün razılıq əldə olunmuşdur.

2016-cı ildə Azərbaycan ali təhsil sistemində ilk dəfə olaraq UNEC-lə Ziqen (Siegen) Universitetinin birgə layihəsi olan DAAD-ın baş ofisinin müsabiqəsinin qalibi olub.         Almaniyanın Siegen Universiteti ilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) birgə iştirak etdiyi “EE-KEY-AZ Sahibkarlıq təhsili: Azərbaycanda iş yerlərinin yaradılması və məşğulluğun əsas amilləri” (EE-KEY-AZ Entrepreneurship Education: a Key to Job Creation and Employability in Azerbaijan) layihəsi Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Almaniyadakı baş ofisi tərəfindən qəbul edilib.

4 il davam edəcək layihə çərçivəsində aşağıdakıların həyata keçirilməsi nəzərədə tutulur:

  • Həm Almaniya, həm də Azərbaycanda professor-müəllimlərin, gənc alimlərin, tələbələrin iştirakı ilə görüş və təlimlərin təşkili;
  • UNEC-in gənc alimləri və doktorantları üçün Almaniyada bir ay ərzində tədqiqat imkanı;
  • Almaniya və Azərbaycanın müxtəlif şirkətlərində təcrübə keçmək imkanı;
  • Təlimlərdə iştirak edən əməkdaşlardan yaradılacaq məzunlar bazası (alumni database);
  • Eyni zamanda, hər iki ölkədə yay və qış məktəbləri, müxtəlif seminarlar (biznes planlaşması, innovasiya menecmenti, logistika, e-kommersiya, risklər menecmenti və digər sahələr);
  • “Məsləhətçi Maliyyə Klubları”nın yaradılması;
  • “Kiçik biznes plan” müsabiqəsinin təşkili.

NƏTİCƏ

UNEC Azərbaycanda insan kapitalının formalaşmasında və inkişafında, ixtisaslı mütəxəssislərin hazırlanmasında və yeni biliklərin yaranmasında, tətbiqində yüksək səviyyədə iştirak edir.

Adı keçən dövlət proqramından irəli gələn məsə­lə­lərin icrasını təmin etmək və iqtisadi inkişaf perspektivi üzrə strateji yol xəritəsində qeyd olunan mövzuları daha dərindən araşdırmaq məqsədi ilə UNEC bütün struktur bölmələrin elmi fəaliyyət planına daxil edilmişdir.

Elmi nəticələrin istehsala tətbiqini stimullaşdırmaq məqsədi ilə Azərbaycanda fəaliyyət göstərən ən iri yerli və xarici şirkət nümayəndələri ilə əməli işlər həyata keçirilir.

UNEC kollektivində “elm-təhsil-innovasiya” zəncirini təşkil etmək məqsədi  gələcəkdə tədqiqat universiteti statusunu əldə etməkdir. Bununla əlaqədar olaraq, UNEC-də yeni “Qrant” haqqında əsasnamə qəbul edilmişdir.

Bundan başqa, UNEC-də elm, təhsil və  innovativ fəaliyyəti stimullaşdıran qrant sisteminin fəaliyyətinə keçid təmin olunacaqdır. UNEC-də müasir, informasiya-kommunikasiya texnologiyalarına əsaslanan təhsil infrastrukturu, o cümlədən elektron tədris resursları  informasiya mərkəzi yaradılacaqdır. Elm, təhsil və innovasiya, təhsillə bağlı media və internet resurslarının inkişafına yönələn işlər  davam etdirələcəkdir.

UNEC-də büdcədənkənar vəsaitlər hesabına məqsədli kapital fondunun yaradılması və Elmi  tədqiqatları stimullaşdırmaq məqsədi ilə Qrant  maliyyələşmə sisteminin tətbiqi nəzərdə tutulur.

UNEC-də müəllimlərin elmi fəaliyyətinin stimullaşdırılması üzrə yeni strukturun- Elm Departmenti nəzdində “Elmmetriya”  şöbəsinin yaradılması nəzərdə tutulur.

Beləliklə, UNEC AR Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsi”ində Ali Təhsil müəssisələri qarşısında duran vəzifələrin icrasında əməli səy göstərəcəkdir.

i.e.d., prof. Zahid Fərrux Məmmədov

Azərbaycan Dövlət İqtisad Universitetinin “Elm” şöbəsinin müdiri, “Maliyyə və maliyyə institutları” kafedrasının professoru

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Twitch view bot - Betnano - tipobet - matadorbet - casino - Venusbet - likit - Vbet - Fixbet - Starzbet - eta saat - Hipercasino - Twitch viewer bot - sweet bonanza oyna - vozol - Betosfer - instagram video downloader