Banklarda karyera qurmaq üçün uğurlu başlanğıc -UNEC-in “Gənc Bankir Məktəbi”

13 NOYABR 2015 | VIEWS:

Noyabrın 13-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “İqtisadçı Gənclər Akademiyası” İctimai Birliyi “Gənc Bankir Məktəbi” layihəsinə start verib.

Layihənin təqdimat mərasimində “İqtisadçı Gənclər Akademiyası” İctimai Birliyinin sədri Hidayət Kərimov bildirib ki, rəqabətin get-gedə böyüdüyü əmək bazarında uğur qazanmağın şərtlərindən biri təhsil zamanı toplanılan nəzəri biliklərin praktikada tətbiq etmə bacarığıdır. Digər tərəfdən də, şirkətlər ən gənc kadrlarları belə sıralarına qəbul etdiyi zaman onlarda müəyyən qədər iş təcrübəsinin olmağını məqsədəuyğun sayır. Tələbələr üçün təcrübə qazanmağın və praktiki biliklər əldə etməsinin ən əlverişli yollarından biri də müxtəlif təcrübə proqramlarına qoşulmaqdır. Bu baxımdan, “Gənc Bankir Məktəbi”nin yaranmasına ehtiyac duyduq.

Əmrahbank ASC filial direktoru, “ZX Training and Career Company” MMC-nin rəhbəri Ramin Bayramov tələbələrə layihə haqqında məlumat verib. Bildirib ki, layihə müddətində iştirakçılara bank sahəsinə aid təlimlər təşkil olunacaq. Daha sonra iştirakçılar komandalara bölünərək, müxtəlif ölkələrin bank sistemini araşdırıb hazırladıqları layihələri münsiflər heyətinə təqdim edəcəklər. Qalib komandanın üzvləri Əmrahbank-da təcrübə proqramı əldə edəcəklər. “Gənc Bankir Məktəbi” layihəsinin müsahibə mərhələsi növbəti həftə sonu keçiriləcək.

“REDUCO” Tuition Centre-nin təmsilçisi Çinarə Axundova “Gənc Bankir Məktəbi” layihəsinin tələbələrə gələcəkdə uğurlu karyera qurmaqda yardımçı olacağını bildirib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna - porno - yabancı dizi izle - instagram report tool - Mersin evden eve nakliyat - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

niwo opleiding

-

loodgieter den haag