Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən ali təhsil müəssisələrində:
adlı təqaüd alan tələbələrə – 165 manat
bakalavriat səviyyəsi üzrə:
magistratura səviyyəsi üzrə:
təqaüd müəyənləşdirilir.
Təqaüdlərin təyin olunması və hesablanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 38 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin olunması və ödənilməsi QAYDALARI” ilə tənzimlənir. Həmin qaydalara əsasən:
– Ali təhsil müəssisələrində hər tədris ili üçün ixtisaslar üzrə təqaüdlərin sayı həmin ixtisaslar üzrə dövlət sifarişi və dövlət hesabına təhsilalanların sayına bərabər qəbul edilir.
– Ali təhsil müəssisələrində qiyabi təhsilalma forması üzrə dövlət sifarişi və dövlət hesabına qəbul olmuş tələbəyə görə nəzərdə tutulan təqaüd yeri (yerləri) ikinci tədris semestrindən həmin ixtisas üzrə təqaüdlər sayına əlavə olunur.
*
*
Ali təhsil və orta ixtisas təhsili müəssisələrinə hər bir ixtisas üzrə təqaüdlərin sayı nəzərə alınmaqla, imtahan sessiyasının nəticələrinə əsasən ÜOMG-yə görə ən yüksəkdən başlayan sıralamaya uyğun növbəti semestrdə təqaüd alacaq tələbələrin siyahısı müəyyən edilir. Eyni tədris ili üzrə eyni ixtisasda təqaüd alacaq tələbələrin siyahısı müəyyənləşdirilərkən tədris dili nəzərə alınmır.
Təqaüd almaq hüququnu qazanmış tələbələrə təqaüdlər semestr üzrə (birinci tədris ilinin birinci semestri istisna olmaqla) imtahan sessiyasının nəticələrinə əsasən fənlər üzrə göstəricilərinə görə aşağıdakı kimi müəyyənləşdirilir:
Hər bir tədris ili üçün ixtisas üzrə təqaüd almaq hüququ olan tələbələrin siyahısında sıralamada sonuncu yerə bir neçə iddiaçı olduğu halda, birinci tədris ilinin ikinci semestrində ali təhsil müəssisəsinə qəbul imtahanından topladığı bal, sonrakı semestrlərdə isə əvvəlki semestrdəki ÜOMG-si yüksək olan tələbəyə üstünlük verilir.
Təqaüd almaq hüququ olan tələbələrin siyahısı müəyyənləşdirilərkən təqaüdlərin müəyyən olunmuş sayı müvəffəq qiymət alanların sayından çox olduğu halda, qalan təqaüd yerləri ali təhsil müəssisələrində fakültənin elmi şurasının qərarı ilə həmin kursun digər ixtisasları üzrə təhsil alan və həmin semestrdə ÜOMG-si yüksək olan tələbələrə növbəti semestrədək verilir.
Bakalavriat səviyyəsinə dövlət sifarişi ilə qəbul olunan, 600 və daha çox bal toplayan tələbələrə birinci tədris ilinin birinci semestrində “əlaçı”, digər hallarda isə “adi” təqaüd verilir. V ixtisas qrupu üzrə dövlət sifarişi ilə qəbul olunan, imtahan verilən fənlər üzrə müəyyən olunmuş maksimal balın 85 faizini və daha çox bal toplayan tələbələrə birinci tədris ilinin birinci semestrində “əlaçı”, digərlərinə isə “adi” təqaüd verilir.
Magistratura səviyyəsinə dövlət sifarişi ilə qəbul olunan, 112 və daha çox bal toplayan tələbələrə birinci tədris ilinin birinci semestrində “əlaçı”, digər hallarda isə “adi” təqaüd verilir.
Dövlət hesabına və ödənişli əsaslarla təhsil alan, həmçinin ödənişli əsaslarla qəbul olub, lakin sonradan mövcud qanunvericiliyə uyğun olaraq dövlət sifarişi statusu almış, akademik göstəricilərinə görə təqaüd qazanmış və eyni ixtisas üzrə bir təhsil müəssisəsindən digərinə köçürülən tələbələrə təqaüd (tədris planlarındakı fənn fərqlərindən asılı olmayaraq) köçürüldüyü təhsil müəssisəsində həmin ixtisas üzrə təqaüd almaq hüququ olan tələbələrin siyahısına uyğun verilir.
Tələbə xaric olunduğu təqdirdə onun dayandırılmış təqaüdü həmin ixtisas üzrə ÜOMG sıralamasında növbəti yer tutan digər tələbəyə verilir.
Tələbənin cari semestrdə akademik borcu qaldığı halda o, növbəti semestrdə təqaüd müsabiqəsində iştirak hüququnu itirir. Əgər həmin tələbə cari semestrdə götürdüyü bütün fənlərdən kreditləri qazanarsa, onun təqaüd müsabiqəsində iştirak hüququ yenidən yaranır.