1952-ci ildə Gəncə şəhərində anadan olmuşdur.
1973-cü ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını fərqlənmə diplomu ilə, sonra isə Bakı Dövlət Əmtəəşünaslıq-Kommersiya İnstitutunu bitirmişdir.
1977-ci ildə Rusiya Federasiyasının Çelyabinsk şəhərində Aqrar Universitetin əyani aspiranturasına daxil olmuş və 1981-ci ildə namizədlik dissertasiyası müdafiə edərək, texnika elmləri namizədi alimlik dərəcəsi almışdır.
1981-ci ildə Azərbaycan Texnologiya Universitetində işə başlamış, 1988-ci ildə isə dosent vəzifəsinə seçilmişdir. 1989-cu ildə Ərzaq məhsullarının texnologiyası fakultəsinə dekan müavini təyin olunmuş, 1991-ci ildə isə həmin fakultənin dekanı vəzifəsinə seçilmiş və 2000-ci ilə kimi həmin vəzifədə çalışmışdır.
1982-ci ildə ixtirasının geniş tətbiqinə görə “SSRİ ixtiraçısı” adına və pul mükafatına layiq görülmüşdür. 1986-cı ildə Azərbaycan Ali Təhsil Nazirliyinin Fəxri fərmanı ilə təltif olunmuşdur. 1986-cı ildə Moskva Yeyinti Sənayesinin Texnologiyası İnstitutunda, 1998-ci ildə isə Hindistanın Dehli şəhərində «Sahibkarlıq və kiçik biznesin inkişafı» üzrə ixtisasartırma kurslarını bitirmişdir.
1997-ci ildə Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Elmlər Akademiyasının (Sankt-Peterburq), 1999-cu ildə isə Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.
2009-cu ildə doktorluq dissertasiyası müdafiə edərək, texnika elmləri doktoru alımlık dərəcəsi almış, 2014-cü ildə isə professor elmi adına layiq görülmüşdür.
*
2007-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin «İstehlak mallarının ekspertizası» kafedrasında çalışır. Hazırda «İstehlak mallarının ekspertizası» kafedrasının professoru, texnika elmləri doktorudur.
2011-ci ildən 2017-ci ilə kimi Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının texnika elmləri üzrə Ekspert Şurasının üzvü olmuşdur.
96 elmi əsərin , o cümlədən 7 dərs vəsaitinin, 1 monoqrafiyanın, 4 ixtiranın, 1 tövsiyənin, 20 metodik göstərişin müəllifidir. Əsərləri Rusiyada, Norveçdə, İspaniyada, Özbəkistanda, Türkiyədə, Gürcüstanda, İranda, Belarusiyada nəşr edilmişdir.
2017-ci ildən Əmtəəşünaslıq fakultəsinin elmi şurasının üzvüdür.
Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
Ailəlidir, üç övladı var.