tex.e.n. dos. Fərzəliyev Elsevər Baba oğlu

27 noyabr 1960-cı ildə Quba rayonunda anadan olmuşdur. 1985-ci ildə Azərbaycan Texnologiya İnstitutu “Qida məhsullarının texnologiyası” fakültəsini “Konservləşdirmə texnologiyası” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. İxtisasca mühəndis-texnoloqdur.

1985-ci ilin dekabr ayında  Azərbaycan Bağçılıq və Subtropik Bitkilər üzrə Elm-İstehsalat Birliyində (Az. B və SB üzrə EİB) istehsalatdan ayrılmaqla aspiranturaya daxil olmuş, 1986-cı ilin iyun ayında M.V. Lomonosov adına Odessa Qida Sənaye Texnologiyası İnstitutunun (indiki Odessa Qida Texnologiyaları Milli Akademiyası) istehsalatdan ayrılmaqla məqsədli aspiranturasına köçürülmüşdür. 1988-ci ildə namizədlik dissertasiyasını basa çatdırmış və 1989-cu ilin iyin ayında müvəffəqiyyətlə müdafiə edib, texnika elmləri namizədi elmi adına layiq görülmüşdür

1989-cu ilin mart ayından Azərbaycan Bağçılıq və Subtropik Bitkilər üzrə Elm-İstehsalat Birliyində kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışmışdır. 1990-cı ilin avqust ayında gənc mütəxəssis kimi Azərbaycan Texnologiya İnstitutuna dəvət olunmuş və laboratoriya müdiri vəzifəsində çalışmışdır. 1993-cü ildən Bakı Dövlət Əmtəəşünaslıq-Kommersiya İnstitutunda əvvəlcə laboratoriya müdiri, sonra isə assistent, müəllim, baş müəllim və dosent vəzifələrində çalışmışdır.

2000-ci ildən etibarən Azərbaycan Dövlət İqtisad Universitetinin “Qida məhsullarının texnologiyası” kafedrasında, 2020-ci ilin noyabrından isə “Mühəndislik və tətbiqi elmlər” kafedrasında “dosent” vəzifəsində çalışır. 2004-2009-cu illərdə “Texnologiya və Dizayn” fakültəsinin Elmi Şurasının üzvü, 2007-2011 ci illər ərzində fakültə nəzdində yaradılmış “Tədris prosesinə nəzarət” komissiyasının sədri olmuşdur.

2009-cu ildə Beynəlxalq Standartlar Təşkilatının (İSO) Türkiyədə fəaliyyət göstərən nümayəndəliyi tərəfindən 22000:2005 – “Qida Təhlükəsizliyi İdarəetmə Sistemi” və 9001 – “Keyfiyyət İdarəetmə Sistemi” üzrə, eləcə də İngiltərədə fəaliyyət göstərən İRCA nümayəndəliyinin GlobalGROUP şirkəti tərəfindən 22000:2005 – “Qida Təhlükəsizliyi İdarəetmə Sistemi” üzrə sertifikatlarla təltif olunmuşdur.

Qida məhsulları üzrə səriştəli ekspertdir. 22000:2018 – Qida Təhlükəsizliyi İdarəetmə Sistemi İSO Standartının Azərbaycan dilinə tərcüməsinin həmmüəllifdir.

2010-cu ildən başlayaraq bu günə kimi Azərbaycanda fəaliyyət göstərən müəyyən qida sənayesi müəssisələrində (MADO QSC, RemServises İTK, AZZA QSC və s.) elmi məsləhətçi kimi fəaliyyət göstərmişdir.

2018-ci ildən etibarən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “elmlər doktoru” proqramı üzrə doktorantura təhsilini davam etdirir və “Azərbay-can Respublikasının yabanı meyvə – giləmeyvə xammallarının sənaye emalının biokimyəvi əsaslarının tədqiqi” mövzusunda doktorluq dissertasiyası üzərində çalışır.

*

2021-ci ildən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Texnika elmləri” üzrə Ekspert Şurasının üzvüdür.

Qida ekspertidir. Tez-tez UNEC-də və respublikanın müxtəlif televiziya kanallarında “Qida təhlükəsizliyi”, “Sağlam qidalanma”, “Qida məhsullarının daşınması və saxlanması zamanı baş verə biləcək tərkib dəyişkənlikləri”, “Qida zəhərlənmələri” kimi elmi mövzuların müzakirəsində iştirak edir.

180-dən çox çap olunmuş elmi-metodiki əsərin müəllifidir. Onlardan: “Yeyinti məhsullarının ümumi texnologiyası”, “Balıq emalı müəssisələrinin texnoloji layihələndirilməsi”, “Qida məhsullarının müasir tədqiqat üsulları” və “Qida məhsullarının ümumi texnologiyası” adlı 4 dərslik, ”Qida məhsulları texnologiyalarının proses və aparatları”, “Konserv və qida konsentratlarının texnologiyası”, “Süd və süd məhsullarının texnologiyası” adlı 3 dərs vəsaiti, “Qida mühəndisliyi ixtisası üzrə texnoloji-terminlər lüğəti” adlı lüğət, 50-dən çox fənn tədris proqramı, 2 metodiki göstəriş və s. bakalavr və magistr pilləli kadr hazırlığında geniş istifadə olunur. Əsərləri Türkiyə, Almaniya, İtaliya, İspaniya, Macarıstan, Norveç, Polşa, Rusiya, Belorus, Ukrayna, Özbəkistan və Azərbaycanda, Azərbaycan, Rus və İngilis dillərində, eləcə də Web of Science və Scopus bazalarında indeksləşən xarici elmi jurnallarda nəşr olunmuşdur. Hazırda “Bitki və heyvan mənşəli qida yağları” adlı dərsliyin və “Yabanı meyvə, giləmeyvə, texniki dərman bitkiləri: tədarük, istehsal, istehlak” adlı monoqrafiyanın yazılması ilə məşğuldur.

Ailəlidir, iki qızı, bir oğlu və altı nəvəsi var.

elsevar-2-2000x11210elsevar-2000x1328texnologiya01qr44окqr66окelsevar403-600x838elsevar600x847elsevarat-1-600x857

Elmi Əsərləri (hiperlinkli)

Akademik profilləri
Scopus   Google Scholar   ResearchGate ORCID   Publons   
WofS

 

eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - porno - yabancı dizi izle - instagram report tool - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

niwo opleiding

-

loodgieter den haag

- buy starlink - toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Türk sohbet - Blackxbet - Tophillbet - Tipo90 - Routebet - Betgar - Omegle