qida_elsevartex.e.n. dos. Fərzəliyev Elsevər Baba oğlu

foodengineerelsevar.com

27 noyabr 1960-cı ildə Quba rayonunun Amsar kəndində doğulub.

1985-ci ildə Azərbaycan Texnologiya İnstitutunun Qida məhsullarının texnologiyası fakültəsini – Konservləşdirmə texnologiyası ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. İxtisasca mühəndis-texnoloqdur.

1985-ci ilin dekabrında Azərbaycan Bağçılıq və Subtropik Bitkilər üzrə Elm-İstehsalat Birliyində (Az. B və SB üzrə EİB) istehsalatdan ayrılmaqla aspiranturaya daxil olmuş, 1986-cı ilin iyun ayında M.V.Lomonosov adına Odessa Qida Sənaye Texnologiyası İnstitutunun (indiki Odessa Qida Texnologiyaları Milli Akademiyası) istehsalatdan ayrılmaqla məqsədli aspiranturasına köçürülmüşdür.

1988-ci ildə namizədlik dissertasiyasını basa çatdırmış, 1989-cu ilin iyin ayında müvəffəqiyyətlə müdafiə edib, texnika elmləri namizədi elmi adına layiq görülmüşdür

1989-cu ilin mart ayından Azərbaycan Bağçılıq və Subtropik Bitkilər üzrə Elm-İstehsalat Birliyində kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışmışdır.

1990-cı ilin avqustunda gənc mütəxəssis kimi Azərbaycan Texnologiya İnstitutuna dəvət olunmuş və laboratoriya müdiri vəzifəsində çalışmışdır.

1993-cü ildən Bakı Dövlət Əmtəəşünaslıq-Kommersiya İnstitutunda əvvəlcə laboratoriya müdiri, sonra assistent, müəllim, baş müəllim və dosent vəzifələrində çalışmışdır.

*

2000-ci ildən 2020-ci ilə kimi Azərbaycan Dövlət İqtisad Universitetinin “Qida məhsullarının texnologiyası” kafedrasında dosent vəzifəsində çalışıb. Texnologiya və Dizayn fakültəsinin Elmi Şurasının üzvüdür. 2007-2011 ci illərdə fakültə nəzdində yaradılmış Tədris prosesinə nəzarət komissiyasının sədri olmuşdur. Hazırda doktorluq dissertasiyası üzərində çalışır.

Hazırda UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosentidir.

2009-cu ildə Beynəlxalq Standartlar Təşkilatının (İSO) Türkiyədə fəaliyyət göstərən nümayəndəliyi tərəfindən 22000:2005 – “Qida Təhlükəsizliyi İdarəetmə Sistemi” və 9001 – “Keyfiyyət İdarəetmə Sistemi” üzrə, eləcə də İngiltərədə fəaliyyət göstərən İRCA nümayəndəliyinin GlobalGROUP şirkəti tərəfindən 22000:2005 – “Qida Təhlükəsizliyi İdarəetmə Sistemi” üzrə sertifikatlarla təltif olunmuşdur.

75-dən çox elmi-metodiki əsərin müəllifidir. Onlardan: “Yeyinti məhsullarının ümumi texnologiyası”, “Balıq emalı müəssisələrinin texnoloji layihələndirilməsi” və “Qida məhsullarının müasir tədqiqat üsulları” adlı 3 dərslik, 14 fənn proqramı, 2 metodiki göstəriş və s. Əsərləri Rusiya Federasiyası, Belorus respublikası, Ukrayna və Azərbaycanda, azərbaycan və rus dillərində nəşr olunmuşdur.

elsevar-2-2000x11210elsevar-2000x1328texnologiya01qr44окqr66окelsevar403-600x838elsevar600x847elsevarat-1-600x857

 

WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna