1951-ci ildə Fizuli rayonunun Molla Məhərrəmli kəndində anadan olub.
1957-ci ildə Fizuli rayonunun Əhmədalılar kənd orta məktəbinin I sinfinə daxil olub, 1967-ci ildə həmin orta məktəbi bitirib.
1968-ci ildə Azərbaycan Texniki Universitetinin Mexanika fakültəsinin“Maşınqayırma texnologiyası metalkəsən dəzgahlar və alətlər” ixtisasına daxil olub;
1974-cü ildə həmin ixtisası bitirərək mühəndis-mexanik sənətinə yiyələnib.
1974-1975-ci il müddətində hərbi xidmətdə olub.
1975-ci ildən 1980-ci ilə kimi Bakı Soyuducular zavodunda alət sexində mühəndis-texnoloq, böyük mühəndis- texnoloq vəzifələrində işləyib. Həmin müddətdə eyni zamanda alət poladları üzrə yeni texnologiyaların tədqiqatı ilə məşğul olub. 1979-cü ildə tezkəsən alət poladlarına dair ilk müəlliflik şəhadətnaməsi alıb.
1980-ci ildən 1993-cü ilə kimi AMEA-nın XKTMB “ Kristal” təcrübə zavodlu Institunda bölmə müdiri vəzifəsində çalışıb.
1984-cü ildə AMEA-nın Fizika institunun dissertantı olub;
1991-ci ildə Moskva Polad və xəlitələr institunda namizədlik dissertasiyası müdafiə edərək texnika elmləri namizədi adını alıb.
1993-1996-cı illərdə Bakı Ali Ümumqoşun Komandirlər məktəbində baş müəllim işləyib.
1996-2000-ci ilin avqust ayına kimi Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetində dosent vəzifəsində işləyib.
2000-ci ilin avqustunda Azərbaycan Dövlət İqtisad Universitetinin “İstehsal sahələrinin texnologiyası və sənaye ekologiyası” kafedrasına baş müəllim vəzifəsinə təyin olunub.
2003-cü ildən “Ətraf mühütün mühafizəsi və iqtisadiyyatı” kafedrasında dosent vəzifəsində işləyir.
Keçmiş SSRİ-nin əməkdar səmərələşdirici alimidir. 8 müəlliflik şəhadətnaməsinin, 78-dən çox məqalə, işçi proqram və dərs vəsaitlərinin müəllifidir.
Evlidir, iki övladı var.