Nusret.mtex.e.n. dos. Qurbanov Nüsrət Heydər oğlu

1950-ci ildə Qərbi Azərbaycanda Mehri rayonunun Nüvədi kəndində anadan olmuşdur. Orta məktəbi Nüvədidə qızıl medalla bitirmişdir.

1972-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu fərqlənmə (qırmızı) diplomu ilə bitirmişdir.

1974-1978-ci illərdə Moskvada əyani aspiranturada oxumuşdur. 1979-cu ildə G.V.Plexanov adına Moskva Xalq Təsərrüfatı İnstitutunun Qida texnologiyası fakültəsində “İaşə məhsullarının texnologiyası” ixtisası üzrə bitki xammalında pektin maddələrinin tədqiqinə həsr olunmuş namizədlik dissertasiyası müdafiə etmişdir.

Bir sıra institut və universitetlərdə assistent vəzifəsindən dosent vəzifələrinə kimi çalışmışdır. 2000-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Qida məhsulları texnologiyası” kafedrasının müdiri olmuşdur.

2003-cü ildə Berlin Texniki Universitetinin Qida məhsullarının texnologiyası və qida kimyası institutunda beynəlxalq DAAD təşkilatının qrantı ilə tədqiqatlar aparmış, nar cecəsində pektin maddələrinin tədqiqi, səhləbdən (orxideya) alınan salepin tədqiqi və nar yağının alınması və s. üzrə elmi tədqiqatlar aparmışdır. 2 məqaləsi (2005) Almaniyada alman alimləri ilə birlikdə dərc olunmuşdur.

2006-cı ildə beynəlxalq İSESKO təşkilatının elmi müsabiqəsinin iştirakçısı olmuşdur. 2002-ci ildən doktorluq dissertasiyası üzərində çalışmış, bitki xammalından funksional komponentlər və məhsulların alınması texnologiyalarını işləyib hazırlamışdır.

230-a qədər elmi-metodiki əsərlər dərc etdirmişdir. Doktorluq mövzusu üzrə 100-dən çox elmi-metodik vəsait dərc etdirmiş, o cümlədən 12 dərslik, 40 məqalə, 2 monoqrafiyası çapdan çıxmışdır. 8 ixtirası (patent) vardır. 40-dan çox beynəlxalq elmi konfranslarda iştirak etmişdir. Əsərləri Rusiya, Ukrayna, Belarusiya, Almaniya (2005), ABŞ (2018-2020), Braziliyada (2020) dərc olunmuşdur. 3 nəfərin dissertasiya rəhbəri olmuşdur.

*

O, eyni zamanda həm də şairdir. 3 şeir kitabı və 6 hekayəsi Bakıda dərc olunmuşdur.

2016-cı ildə “Tərəqqi” dövlət medalı, 2017-ci ildə respublikanın qabaqcıl təhsil işçisi döş nişanı ilə təltif edilmişdir. 1 oğlu və 2 nəvəsi vardır.

Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Qida məhsullarının texnologiyası” kafedrasının dosentidir. Magistr və namizədlik dissertasiyalarına rəhbərlik edir, 2 dərslik və 2 monoqrafiyanı çapa hazırlayır. N.H.Qurbanovun son illər apardığı elmi tədqiqatlar perspektiv bitki xammalından zülal və pektin preparatlarının alınması, yerli at paxlası (Faba Vulgaris Moench) dənindən bioaktivləşdirmə (cücərdilmə) üsulu ilə funksional xassəli kompozisiyalar alınması və onların müasir qida texnologiyalarında tətbiqi ilə əlaqədardır.

 ELMİ ƏSƏRLƏRİN SİYAHISI

 ELMİ ƏSƏRLƏRİN SİYAHISI (hiperlinkli)

Azərbaycan orxideyası – Xarıbülbülün müalicəvi və profilaktik gücü və gözəlliyi (Красота и величие лечебно-профилактической силы дикорастущих ятрышников – орхидей Азербайджана) Prague, Czech Republic, 2022

Научные публикации

) Курбанов Нусрет Гейдар оглы (1)

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Twitch view bot - Betnano - tipobet - matadorbet - casino - Venusbet - likit - Betmarko - Fixbet - Starzbet - eta saat - Hipercasino - Twitch viewer bot - sweet bonanza oyna - vozol