22 dekabr 1957-ci ildə anadan olmuşdur.
1972-1974-cü illərdə Respublika 1 saylı Fizika-riyaziyyat təmayüllü məktəbdə oxuyub və məzun olub.
1974-1979-cu illərdə Azərbaycan Dövlət Universitetininin (indiki Bakı Dövlət Universitetini) mexanika-riyaziyyat fakültəsini bitirmiş və təyinatla Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutuna göndərilmişdir.
1983-1988-ci illərdə Ukrayna Elmlər Akademiyasının Kibernetika institutunda əvvəlcə 2 illik təcrübə keçmiş, sonra isə məqsədli aspiranturada oxumuşdur.
1996-cı ildə Azərbaycan Elmlər Akademiyası Kibernetika institutunda «Biliklərə əsaslanan məsləhətverici və öyrədici sistemlərinin işlənməsi» mövzusunda 05.13.14 «İnformasiyanın işlənməsi və idarəetmə sistemləri» şifrəsi üzrə texniki elmlər namizədi alimlik dərəcəsi almaq üşün müdafiə etmişdir.
1995-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində çalışır.
Scopus 5, Web of Science 5, Scholar Google – 30 elmi əsəri indeksləşib. 1995-2023-cü tədris illərində universitetin “İqtisadi kibernetika və iqtisadi-riyazi üsullar”, “Ekonometrika”, “Statistika və ekonometrika” və “Riyaziyyat və statistika” kafedralarında “Riyazi proqramlaşdırma”, “İqtisadi-riyazi üsullar”, “Ekonometrika”, “Xətti cəbr və riyazi analiz” fənlərini tədris edib. 2018-2023-cü tədris illərində UNEC İAETİ-nin elmlər doktoru proqramı üzrə doktorantı olub.
2005-ci ildə yarımştat olaraq Azərbaycan Milli Elmlər Akademiyası Kibernetika institutunda böyük elmi işçi vəzifəsində çalışıb. Orada həyata keçirilən “Elmi tədqiqatın nəticələrinin qiymətləndirilməsi informasiya sistemi”nin baş icraçısı olub.
UNEC-in İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun böyük elmi işçisidir.
*
List-of-Published-Articles-by-Sardar-Shabanov-1986-2023 in progress
(Azərbaycan) Testin diktaturası və uzun müddətli pozucu təsirləri: SWOT təhlili (Diskurs.az – 31.10.2017)
(Azərbaycan) TƏLİMLƏRİN SOSİAL EFFEKTLƏRİ: UNEC-QUBA KAMPUS TƏCRÜBƏSİ (Diskurs.az – 15.03.2017)
UNEC əməkdaşları nüfuzlu beynəlxalq konfransda iştirak etmişlər (12-14 oktyabr 2016)
Həftənin məqaləsi: Azərbaycanda təhsilin keyfiyyətinin qiymətləndirilməsi (03.05.2016)
Azərbaycan Milli Elmlər Akademiyasının rəyasət heyətində struktur islahatlarına başlanılmışdır (AzərTAC – 29.05.2013)