08.06.1962-ci ildə Laçın şəhərində anadan olmuşdur.
1985-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) İctimai iaşənin texnologiyası ixtisasını bitirmişdir.
1997-ci ilə kimi Ticarət Sənaye Palatasının “Azərekspertiza” Birliyində ekspert vəzifəsində çalışmışdır.
1997-ci ildən “Qeyri-ərzaq mallarının əmtəəşünaslığı və ekspertizası” kafedrasında baş müəllim vəzifəsində çalışıb.
2009-2010-cu tədris ilində namizədlik dissertasiyası müdafiə edərək texnika üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.
Hazırda “Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosentidir.
*
40-a qədər elmi əsərin, o cümlədən dərslik, dərs vəsaiti, metodik göstəriş, proqram və elmi məqalələrin müəllifidir.
Ailəlidir, iki övladı var.