TGT-nin yeni hədəfləri müəyyən edildi

14 OKTYABR 2016 | VIEWS:
3742

Azərbaycan Dövlət İqtisad Uneversitetinin (UNEC) rektoru, prof. Ədalət Muradov Tələbə Gənclər Təşkilatının (TGT) yeni sədri Rəsul Həşimovla görüşüb. Tələbələrlə işin təkmilləşdirilməsi, gənclərin dinamik, sağlam və hərtərəfli inkişafına töhfə verə biləcək fəaliyyət istiqamətləri görüşün müzakirə mövzusu olub.

UNEC rektoru bildirib ki, TGT-nin fəaliyyəti tələbələrin inkişafına, onlarda gənclik ruhunu qorumağa daha çox xidmət etməlidir. Ə.Muradov təşkilat rəhbəri qarşısında tələb də qoyub: tələbə-valideyn-universitet üçlüyü arasında əlaqələr daha da gücləndirilməli, gənclərdə vətənpərvərlik ruhunun artırılmasına xidmət edən layihələr işlənilməlidir.
Görüşdə gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi, o cümlədən onların idmana sövq edilməsi, idman zallarından maksimum istifadəyə marağı artırmağın təşkilatın əsas vəzifəsi olduğu deyilib. Bu məqsədə çatmaq üçün təşkilat sədri qarşısında sistemli işlərin görülməsi və effektiv tədbirlər planın hazırlanması tapşırığı verilib.

TGT sədri UNEC rektoru ilə həyata keçirəcəyi layihələri müzakirə edib.

3743 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna - porno