TUDİFAK-dan maraqlı təşəbbüs – müəllim, tələbə və məzunlar arasında futbol turniri

27 APREL 2017 | VIEWS:
2175

UNEC-də “TUDİCUP-2017” futbol turniri start götürüb.

UNEC-in Türk Dünyası İşlətmə fakültəsi məzunların birgə təşkilatçılığı ilə reallaşan turnirin məqsədi fakültənin müəllim, tələbə və məzunlarını asudə vaxtlarında bir araya gətirməkdir. Eyni zamanda, məzunlarla tələbələrin birgə platformasını yaratmaq, gələcəkdə məzunların təcrübələrini tələbələrin nəzəri bilikləri ilə birləşdirərək zənginləşdirməkdir. Münasibətlərin idman yarışları formasında təşkil edilməsi qısa zamanda sağlam və səmimi münasibətlərin formalaşmasına zəmin yaradacaq.

Qrup oyunlarında ümumilikdə 18 komanda və 173 iştirakçı mübarizə aparıb. Onların arasında fakültənin beynəlxalq münasibətlər ixtisasından 2007, 2009, 2012-ci illərin, biznesin idarəedilməsi ixtisasından isə 2007, 2011, 2014-cü illərin məzunlarından ibarət komandalar xüsusi diqqət çəkib.

Gərgin keçən mübarizədə 8 komanda “İşletme 4 (1)”,  “İşletme 4 (2)”, “Ulus-2012”, “İşletme-2014”, “Ulus-2007”, “İşletme-3”, “İşletme-2007” və “Müəllimlər” ¼ fınala vəsiqə qazanıb.

2176 2