Türk Dünyası İşlətmə fakültəsi Xocalı qurbanlarını andı

25 FEVRAL 2016 | VIEWS:
1625

Fevralın 25-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Türk Dünyası İşlətmə fakültəsində Xocalı faciəsinin 24-cü ildönümünə həsr edilən anım tədbiri keçirilib. Tədbirdə UNEC-in professor-müəllim heyəti, tələbələr və iş dünyasından qonaqlar iştirak edib.

Fakültə dekanı Ferruh Tuzcuoğlu Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsindən danışaraq, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklərdən söz açıb.

İş adamları və müəllimlər çıxışlarında həmin qanlı gecədə erməni təcavüzkarlarının törətdikləri cinayətin dəhşətlərinin yaddaşlardan heç zaman silinməyəcəyini, Xocalıda baş verənlərin təkcə Azərbaycan xalqına qarşı deyil, bəşəriyyət, insanlıq əleyhinə törədilən qanlı cinayət olduğunu qeyd ediblər.

Tədbir Selçuk Düzgünün müəllifi olduğu Qarabağ haqqında “Ağıt” şeirin səsləndirilməsi və Xocalıdan bəhs edən filmin nümayişilə başa çatıb.

1626 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu veren siteler - deneme bonusu veren siteler - deneme bonusu - sahabet - onwin - ip stresser