Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rus dili kafedrasının baş müəllimi Çimnaz Talıbova Mövlana proqramı çərçivəsində Türkiyənin Sakarya Universitetində olub.
Sakarya Universitetində rus dilinin tədris metodikası ilə tanış olan Ç.Talıbova UNEC-in bu fənnin tədrisi ilə bağlı təcrübəsini həmkarları ilə bölüşüb. Sakarya Universitetinin Rus dili kafedrasının müdiri, Sevda Bağır bu məqsədlə UNEC-ə səfər edəcəyini bildirib.
Ç.Talıbova mübadilə proqramı zamanı əldə etdiyi bilikləri UNEC-in İqtisadiyyat və sənaye fakültəsinin müəllim və tələbə heyəti ilə bölüşüb.