Məktubda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, dinc əhalini hədəfə alması insanlığa qarşı cinayət adlandırılıb. Azərbaycanın Ermənistana lazımi cavabı hərb meydanında qətiyyətlə verdiyi, Türkiyənin bu haqq-ədalət mübarizəsində qardaş ölkənin yanında olduğu qeyd edilib. Məktubda müharibənin yeganə həllinin Ermənistanın işğal etdiyi torpaqlardan dərhal və qeyd-şərtsiz çıxdıqdan sonra mümkün olacağı deyilir.
Professor A.Kızılay İnönü Universitetinin Ermənistanın silahlı hücumuna qarşı Azərbaycanın yanında olduğunu, universitetin professor-müəllim heyətinin bütün tədbirlərdə Azərbaycana dəstəyini açıq və birbaşa göstərdiklərini diqqətə çatdırıb. Qardaş Azərbaycanın torpaqlarını işğaldan azad etdiyi müddətdə İnönü Universitetinin UNEC-lə əməkdaşlıq və həmrəyliyinin davam edəcəyini bildirib.
http://news.unec.edu.az/xeber/125-universitet/6834-turkiyenin-inonu-universiteti-azerbaycana-destek-megsedile-unec-e-mektub-unvanlayib