“UNEC ailəsinin üzvü olmağımla qürur duyuram”

12 İYUL 2017 | VIEWS:
2865

UNEC-in mərkəz direktoru təhsil nazirinin əmri ilə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib.

UNEC-in Elektron İdarəetmə Mərkəzinin direktoru, dosent Zöhrə Həsənova yüksək ixtisaslı iqtisadçı mütəxəssislərin hazırlanmasında uzun müddət səmərəli elmi-pedaqoji fəaliyyətinə görə və anadan olmasının 70 illiyi münasibətilə təltif olunub.

Döş nişanının təltif edilmə mərasimində Z.Həsənovanı təbrik edən rektor, professor Ədalət Muradov ona şərəfli peşəsində müvəffəqiyyətlər arzu edib. Z.Həsənova kimi pedaqoqların öz biliklərini tələbələrlə bölüşməsinin onlar üçün böyük təcrübə olduğunu qeyd edib.

Z.Həsənova mükafatın onun üçün çox dəyərli olduğunu vurğulayaraq, təhsil naziri Mikayıl Cabbarova minnətdarlığını bildirib. Həyatının 1980-ci ildən Azərbaycan Dövlət İqtisad Universiteti ilə bağlı olduğunu diqqətə çatdıran dosent Z.Həsənova bundan sonra da üzərlərinə düşən məsul vəzifənin öhdəsindən layiqincə gələcəyini diqqətə çatdırıb: “UNEC ailəsinin bir üzvü olaraq universitetimizin dünya səviyyəli ali təhsil ocağına çevrilməsində var gücümlə çalışmağa hazıram. Bu möhtəşəm ailənin üzvü olmağımla qürur duyuram”.

Sonda UNEC rektoru Təhsil Nazirliyinin “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanını dosent Zöhrə Həsənovaya təqdim edib.

2866 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna - porno