Zohre x_dos.Həsənova Zöhrə Bilal qızı

1947-ci il mayın 20-də Naxçıvan şəhərində anadan olmuşdur.

1955-cü ildə həmin şəhərdə 2 saylı orta məktəbə daxil olub, 1966-cı ildə bitirmişdir. 1966-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1971-ci ildə universiteti bitirib, 1980-cı ilə kimi Naxçıvan Pedaqoji İnstitutunda İnformatika fənnini, 2 saylı orta məktəbdə Riyaziyyat fənnini tədris etmişdir.

1980-ci ildən D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) İnformasiya Hesablama Mərkəzində mühəndis-proqramçı vəzifəsində, N.A.Voznesenski adına LMİİ-nun Bakı filialında böyük mühəndis-proqramçı, aparıçı proqramçı vəzifələrində işləmişdir.

2001-ci ildə Bakı Dövlət Universitetinə dissertant qəbul olmuşdur. 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İnformasiya Hesablama Mərkəzinə direktor vəzifəsinə təyin edilmişdir.

2003-cü ildə “Bir girişli və bir çıxışlı sintez məsələsinin optimal həlli üsulları” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Fizika-riyaziyyat elmləri namizədidir.

2023-cü ilin sentyabrına kimi UNEC-in Elektron İdarəetmə Mərkəzinin direktoru vəzifəsində çalışıb. UNEC-in “Rəqəmsal iqtisadiyyat və İKT” kafedrasının dosenti olub.

Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il Sərəncamına əsasən Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Əməkdar müəllim”  fəxri adına layiq görülmüşdür.

zohra461907f2de48b59665d1DSC_3547.DSC_3552iqtiadi_asiman - копияWhatsApp Image 2017-03-15 at 12.49.47IMG-20170329-WA0013

dos.  Z.Həsənova UNEC NEWS-da

“UNEC ailəsinin üzvü olmağımla qürur duyuram” (12.07.2017)
UNEC-in müəllim və tələbələri Praqada təlimlərdə iştirak edib
 (30.03.2017)

“Əlilliyi olanlar üçün Şağan müalicə pansionatı”nda Novruz şənliyi (15.03.2017)
“Thomson Reuters”in nümayəndəsi İqtisadiyyat fakültəsində
 (08.02.2017)

zohra11_-16

5377 3