“Ukrainian Journal of Ecology” jurnalında dərc olunan tədqiqat işi “Mənzil bazarında qiymətlərin korrelyasiya-reqressiya metodları ilə proqnozlaşdırılması” (“Prediction of prices in housing market with the correlation-regression methods”) mövzusunda olub. UNEC alimi məqаlədə mənzil bazarında fəaliyyətin müsbət dinamikasını təhlil edib, əmlak xidmətlərinin həcminin artırılması və keyfiyyətinin yüksəldilməsinin vacibliyini göstərib. Aparılan korrelyasiya-reqressiya təhlili, müxtəlif amillər arasındakı məhsuldarlıq xarakteristikaları, əlaqə yaxınlığı ilkin və təkrar bazarlarda qiymətləndirməyə və əmlak xidmətləri bazarında baş verən prosesləri modelləşdirməyə imkan verir.