UNEC-in Elm şöbəsinin müdiri, professor Zahid Məmmədov Rusiya Federasiyası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə təsis olunan Elmi Redaktorlar və Nəşrlər Assosiasiyasına üzv qəbul edilib.
Assosiasiyanın təsisçiləri sırasında Rusiya Federasiyası Prezidenti yanında Dövlət Xidməti və Xalq Təsərrüfatı Akademiyası, Milli Tədqiqat Universiteti “Ali İqtisadiyyat Məktəbi”, Federal Rusiya Xalqlar Dostluğu Universiteti, Ural Federal Universiteti kimi nüfuzlu ali təhsil ocaqları yer alır.
Bu nüfuzlu təşkilata üzv olmaq UNEC-də hazırlanan elmi nəşrlərin keyfiyyətinin daha da yüksəlməsinə zəmin yaradacaq. Eləcə də UNEC-də aparılan elmi-tədqiqat işlərinin nəticələrini beynəlxalq elm və informasiya məkanına tanıtmaq imkanı verəcək.