Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, prof. Ədalət Muradovun, İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru, prof. Yədulla Həsənlinin və UNEC Biznes Məktəbinin direktoru, dos. Nazim Hacıyevin “Econometric Evaluation of the Factors Influancing Oil Prices” adlı birgə məqaləsi EcoMod 2016 Beynəlxalq Konfransında məruzə edilib. Məruzə Nazim Hacıyev tərəfindən edilib.
İqtisadi Modelləşdirmə Konfransının ev sahibi Portuqaliyanın ISEG Lissabon Universiteti, Lissabon İqtisadiyyat və Menecment Məktəbinin Mürəkkəblik və İqtisadiyyat Araşdırmaları Mərkəzidir.
Tədbirə iqtisadi modelləşdirmə, makroekonometrik modelləşdirmə, tarazlıq modelləri, artım, təsir və senari analizləri, enerji və ətraf mühit, maliyyə, proqnoz metodları, oyun nəzəriyyələri, kənd təsərrüfatı, əmək bazarları məsələləri, vergi siyasəti, ticarət məsələləri və mövzularında təqdimatlar təqdim olunub. Ümumilikdə beynəlxalq konfransa 200-ə yaxın məqalə təqdim edilib. Konfransa qatılan 38 ölkəninin tanınmış iqtisadçıları və tədqiqatçıları ideyalarını paylaşıblar.