UNEC-də akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunan tədbir keçirilib

28 APREL 2023 | VIEWS:

UNEC-də Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunan tədbir keçirilib.

Tədbirdən öncə UNEC kollektivi Fəxri xiyabanda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyub.

Tədbirin açılışında görkəmli oftalmoloqun əziz xatirəsi bir dəqiqlik sükutla yad edilib.

UNEC-in prorektoru dosent Şaiq Əsgərov tədbirdə çıxış edərək, Zərifə xanım Əliyevanın anadan olmasının ildönümünün qeyd olunmasının görkəmli alimimizi yad etməklə yanaşı, insanları elmə, biliyə yiyələnməyə, humanist addımlar atmağa, nümunəvi vətəndaş olmağa çağırış mahiyyəti daşıdığını bildirib. Şaiq Əsgərov oftalmoloq alim Zərifə Əliyevanın mənalı və zəngin həyat yolunu tariximizin ən parlaq səhifələrindən biri kimi qiymətləndirərək,  görkəmli alimin ailəsi, xalqı və dövlətinin xoşbəxtliyi uğrunda fədakarlığının gələcək nəsillər üçün bir örnək olduğunu diqqətə çatdırıb.

AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova oftalmologiya elminə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın zəngin irsinin, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlarının və fundamental əsərlərinin Azərbaycan tibb elminin inkişafındakı müstəsna rolundan danışıb. Görkəmli alimin bütün uğur və nailiyyətlərinin bünövrəsində daim gərgin zəhmətin, oftalmologiya elminin inkişafı yolundakı səmərəli fəaliyyətin və möhtəşəm xidmətlərin durduğunu vurğulayıb.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin şöbə müdiri, professor Rasim Hacıyev akademikin adını daşıyan Mərkəzdə Zərifə xanım Əliyevanın zəngin elmi irsinin davam etdirildiyini, dərin elmi araşdırmalar aparıldığını diqqətə çatdırıb. Görkəmli akademikin Azərbaycan tibb elminin inkişafındakı müstəsna rolundan danışıb.

Tədbir mənalı ömür yolunu oftalmologiya elminə, xalqına həsr etmiş  görkəmli alim Zərifə xanım Əliyevanın zəngin elmi irsindən və yüksək insani keyfiyyətlərindən bəhs edən çıxışlarla davam edib.

Tədbirdə akademik Zərifə Əliyevanın həyat və fəaliyyətindən bəhs edən videoçarx da nümayiş olunub.

*

https://news.unec.edu.az/xeber/125-universitet/10080-bold-red-unec-de-akademik-zerife-eliyevanin-anadan-olmasinin-100-illiyine-hesr-olunan-tedbir-kechirilib-bold-red

WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna - porno