Tədbirdə tələbələrlə iş üzrə prorektor dosent Səadət Qəndilova, tələbələr iştirak ediblər.
Təqdimat zamanı RİİB-in əməkdaşları proqramın məqsədi, icra mərhələləri, qeydiyyat və seçim prosesi ilə bağlı məlumat veriblər. Bildirilib ki, Azərbaycanın Milli Elmlər Akademiyasının həqiqi üzvü olmuş professor Azad Mirzəcanzadənin adını daşıyan proqramın məqsədi yeni imkanları dəyərləndirməyi, aktual problemlərin yaradıcı həlli yollarını tapmağı bacaran, dayanıqlı gələcəyə töhfə verməyə çalışan, çevik, innovativ yanaşmalara sahib gənclərin üzə çıxarılması və onların inkişafına dəstək olmaqdır.
Proqrama müraciət edənlərin təqdim etdikləri layihə ideyaları işçi qrupu tərəfindən qiymətləndiriləcək, aktuallığı, reallığı, innovativliyi və yenilikçi olması ilə seçilən ideyaların müəllifləri ikinci mərhələdə iştirak imkanı qazanacaqlar. Bu mərhələdə iştirakçılara layihələrin hazırlanması və təqdimatı istiqamətində peşəkar dəstək veriləcək, həmçinin onların liderlik bacarıqlarının inkişafı üçün müxtəlif fəaliyyətlər təşkil olunacaq. Sonda qalib olan layihələrin icrası üçün maliyyə vəsaiti ayrılacaq.
Təqdimatdan sonra tələbələrin sualları cavablandırılıb.
500-ə yaxın elmi məqalə və 50-dən çox ixtiranın müəllifidir. Onun rəhbərliyi altında 250-dən çox fəlsəfə və 100-dən çox elmlər doktoru hazırlanmışdır. Müxtəlif elmi ad və titullara sahib olan görkəmli alim, Azərbaycanın “İstiqlal” ordeni ilə təltif olunub.
Ölkədə yeni təşəbbüs olan proqram elmi əsərləri, təşkilati, pedaqoji fəaliyyəti, unikal tədris üslubu, həmçinin insanların istedadını aşkara çıxarmaq bacarığı ilə fərqlənən görkəmli alimin elmi, ictimai proseslərə özünəməxsus yanaşmaları əsasında həyata keçirilir.
*
https://news.unec.edu.az/xeber/105-telebe/10680-unec-de-azad-mirzecanzade-inkishaf-programi-nin-tegdimati-olub