UNEC-də dəyirmi masa: “Müasir dövrdə Azərbaycanda pambıqçılığın iqtisadi səmərəliliyi və inkişaf perspektivləri”

07 İYUN 2016 | VIEWS:
2229

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) dəyirmi masa keçirilib. UNEC-in İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə keçirilən dəyirmi masa “Müasir dövrdə Azərbaycanda pambıqçılığın iqtisadi səmərəliliyi və inkişaf perspektivləri” mövzusuna həsr olunub.

Kənd Təsərrüfatı Nazirlyinin İcmallaşdırma və statistik təhlil şöbəsinin müdiri Firdovsi Fikrətzadə Azərbaycanda pambıq istehsalının perspektivi üzrə tədqiqatın nəticələrini təqdim edib. F.Fikrətzadə kənd təsərrüfatının ən gəlirli sahələrindən olan pambıqçılığın inkişafı üçün ölkədə əlverişli iqlim şəraitinin və resursların olduğunu bildirib. Bu sahəyə marağın daha da artırılması məqsədilə stimullaşdırma tədbirlərinin həyata keçirilməsinin, fermerlərə güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradılmasının vacibliyini vurğulayıb.

Tədbir müzakirələrlə davam edib.

2230 1