Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) əcnəbi tələbələr üçün sadələşdirilmiş elektron qəbulu davam etdirir. Müraciət edən əcnəbi vətəndaşlar sadələşdirilmiş kabinet.unec.edu.az saytından istifadə edirlər. Sənədlərin elektron variantına UNEC-in Beynəlxalq Əlaqələr Departamentində baxıldıqdan sonra müraciət edən şəxslər müsabiqəyə dəvət olunur. Müsabiqə şəxsən iştirak mümkün olmadıqda müraciətçilərin istəyinə uyğun olaraq, skype və ya telefon vasitəsilə aparılır. Bu haqda onların şəxsi kabinetlərinə və elektron ünvanlarına bildirişlər göndərilir.
Qeyd: Ötən ildən etibarən ilk dəfə tətbiq edilməyə başlayan elektron qəbul UNEC-də təhsil almaq istəyən əcnəbi vətəndaşlar üçün universitetə gəlmədən dünyanın istənilən yerindən asanlıqla müraciət etməyə imkan verir.