UNEC-də Elektron universitet modelinin təlimləri başa çatıb

08 İYUL 2016 | VIEWS:

İyulun 8-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçirilən nümunəvi dərslər başa çatıb.

İngilis dilində təşkil olunan sonuncu nümunəvi dərsi Beynəlxalq İqtisadiyyat Məktəbinin rəhbəri Anar Rzayev keçib. “Dünya iqtisadiyyatının məkan analizi: geoiqtisadi regionçuluq” mövzusundan bəhs edən dərs mövzu ilə bağlı müzakirələrlə başa çatıb.

UNEC-də iyunun 28-dən start verilən nümunəvi dərslər 4 dildə: Azərbaycan, rus, ingilis və türk dillərində olub. İlk nümunəvi dərsi UNEC-in professoru Yaşar Kəlbiyev Azərbaycan dilində “Əlavə dəyər vergisi” mövzusunda keçib. Növbəti nümunəvi dərsi rus dilində Beynəlxalq iqtisadiyyat kafedrasının dosenti Müslüm İbrahimov “Xarici ticarətin spesifik xüsusiyyətləri və gəlirlərin bölgüsü” mövzusunda keçib. UNEC-in İqtisadiyyat və işlətmə kafedrasının müdiri Fariz Əhmədovun türk dilində keçdiyi dərs isə “İstehlakçı və istehsalçı nəzəriyyələrinin analizi” mövzusunda olub.

Nümunəvi dərslərdə tədris-təlim prosesində yeni texnologiyaların tətbiqinin əhəmiyyəti, “Elektron Universitet Modeli”ndən istifadə qaydaları barədə professor-müəllim heyətinə məlumat verilib. Dərs zamanı professorlar innovativ tədris metodları ilə tanış olub və modeli uğurla tətbiq edən professorların təcrübəsindən yararlanıb.

Dərslər UNEC-in rəsmi Youtube kanalı vasitəsi ilə canlı yayımlanıb.

Qeyd: “Elektron Universitet Modeli” 2015-2016-cı tədris ilindən UNEC-in əsas tədris binasında uğurla həyata keçirilir. Yeni tədris ilindən isə model universitetin digər iki tədris binasında tətbiq ediləcək. Bu məqsədlə “Elektron Universitet Modeli”nin daha səmərəli istifadəsinin təşkili ilə əlaqədar UNEC-in bütün kafedraları üzrə 900 professor-müəlliminin iştirak etdiyi təlimlər keçirilib.

WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna - porno