UNEC-də elmi seminar

07 OKTYABR 2016 | VIEWS:

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutu (İAETİ) “Azərbaycan iqtisadiyyatının xarici sektoru: metodoloji elementlər, mövcüd vəziyyət, neft amili və gözləntilər” mövzusunda elmi seminar keçirib. Seminarda UNEC-in professor-müəllim heyəti ilə yanaşı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Mərkəzi Bankın və digər ali təhsil müəssisələrinin nümayəndələri də iştirak edib.

“Tədiyyə balansı” bölməsi üzrə keçirilən seminarda İAETİ-nin əməkdaşı, i.e.n. Rauf Mikayılzadə təqdimatla çıxış edib. Məruzəçi tədiyyə balansının göstəricilərinin sistemli şəkildə kompleks təhlilindən danışıb. Bildirib ki, 2005-2014-cü illərdə neft gəlirlərinin artmasıı ilə baş verən köklü dəyişikliklər nəticəsində Azərbaycanın dünya təsərrüfat sistemində (DTS-də) xarici iqtisadi mövqeyi daha da güclənib.

Təqdimatda qeyd olunub ki, ölkələr arasında iqtisadi əlaqələrin gücləndiyi bir şəraitdə tədiyyə balansının ümumi göstəricilərinin təhlili ilə yanaşı, onun formalaşmasında iqtisadiyyatın ayrı-ayrı sektorlarının rolunun da  təhlilinin  aparılması çox vacibdir. Belə ki,  son vaxtlar   makrotəhlil  və  iqtisadi  siyasətin  hazırlanması kimi  sahələrdə  tədiyyə  balansının sektorlar üzrə bölgüsünün rolu xeyli artmaqdadır. Belə yanaşma müasir şəraitdə milli iqtisadiyytın ayrı-ayrı sektorlarının cari vəziyyətinin daha düzgün qiymətləndirilməsinə və bunun əsasında ölkənin neftdən asılılığının azalmasının və qeyri-neft sektorunun daha intensiv inkişafının təmin olunmasında çevik siyasətin aparılmasına imkan verə bilər. R.Mikayılzadə bildirib ki, ölkənin tədiyyə balansının hesablanması neft və qeyri-neft sektoru üzrə aparılır və bu sistem yalnız Azərbaycanda tətbiq olunur. Digər neft ölkələri bu sistemi yüksək qiymətləndirərək ölkə təcrübəsindən yararlanırlar.

Təqdimatda neft amilinin ölkə iqisadiyyatına təsiri kontekstində ölkənin tədiyə balansının əsas göstəriciləri təhlil olunub. Eyni zamanda tədiyə balansının əsas göstəricilərinin cari vəziyyəti, ölkə iqtisadiyyatının xarici amillərin təsiri ilə xüsusi bağlılığı və milli iqtisadiyyatın xarici iqtisadi əlaqələrində neft-qaz sektorunun dominant rolunu səciyyələndirən məqamlar barədə də məlumat verilib.

Məruzəçi qeyd edib ki, neftsiz Azərbaycan iqtisadiyyatının inkişafı idxaldan  asılılığın azalması, ixracyönümlü istehsalın  artırılması, investisiyaların stimullaşdırılması, beynəlxalq xidmətlərin inkişafı, strateji valyuta ehtiyatlarının qorunub saxlanılması amillərindən asılıdır.

Təqdimatdan sonra müzakirələr aparılıb, bir sıra təkliflər səsləndirilib.

eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

niwo opleiding

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Türk sohbet - Betgar - Omegle - Twitch view bot - Betnano - buy gopro